HLF_Buklet_you_know_you_can_210_297_AZ

Aclıq nəzarət altındadır

Aclığı nəzarət altında saxlamaq üçün məsləhətlərimiz var:

Lakin, balanslaşdırılmış qidalanmanın mümkün müxtəlifliyinə baxmayaraq, bəzən köhnə vərdişlər özünü büruzə verir. Çox zaman əvvəlki çəkiyə qayıtma daima nə ilə isə qəlyanaltı etmək istəyi və ya darıxmaq səbəbindən baş verir. Soyuducunun yanından keçərkən, insan sadəcə “maraqdan” onun içinə baxa və nə isə zərərli bir şey götürə bilər. Bütün bunlar az-az da olsa, çəkiyə öz təsirini göstərir.

HƏR BİR QİDA QƏBULUNU ZÜLALLA ZƏNGİNLƏŞDİRMƏK Zülal aclığa nəzarət edir, buna görə də zülal tərkibli qəlyanaltılara üstünlük vermək lazımdır. Ya da adi xörəklərə Formula 1 protein kokteylini əlavə edərək, onları zülalla zənginləşdirmək olar.

DAHA ÇOX SU İÇMƏK Gündə 8 stəkan su içmək (qida qəbulları arasında) — doyma və toxluq hissinin rəhnidir. Bu, qreypfrut kimi sulu meyvələrə də aiddir.

DAHA ÇOX HƏRƏKƏT ETMƏK Fiziki hərəkətlər aclıq hormonlarını zəiflədə və iştahanı cilovlaya bilər. Yalnız məşqlərdən əvvəl və sonra orqanizmin kifayət qədər qidalanmasına nəzarət etmək lazımdır.

AZ-AZ, LAKİN TEZ-TEZ YEMƏK Hər bir neçə saatdan bir kiçik porsiyalarla yemək qanda şəkərin səviyyəsini sabit saxlamağa, aclıq tutmalarına yol verməməyə kömək edir.

BALANSLAŞDIRILMIŞ ŞƏKİLDƏ QİDALANMAQ Qidalandırıcı maddələrlə zəngin olan məhsulları qəbul etmək insanı daha tez doydurur, eyni zamanda bədəni yaxşı formada saxlayır.

*Maye qəbulu rejimi dəyişdikdə mütəxəssislə məsləhətləşmək lazımdır.

Made with FlippingBook Publishing Software