HLF_Buklet_you_know_you_can_210_297_AZ

Protei̇n kokteylləri : icmal

Dadlı və zövqlə balanslaşdırılmış düzgün qidalanmaya keçməyə və arıqlama prosesinə başlamağa Herbalife Nutrition məhsulları kömək edəcəkdir. Əsas məhsullardan biri protein kokteylləridir.

Müştərilərə ümumi mənzərəni təsvir edin: bizim proqramımız kokteylləri təkcə çəkinin azaldılması, çəkiyə nəzarət və çəki artımı üçün üsullardan biri kimi istifadə etmir.

Müştərilər etiraf edə bilərlər ki, Herbalife Nutrition ilə tanış olana qədər artıq protein kokteyllərini sınaqdan keçiriblər — və onların bir xeyri olmayıb. Lakin bu, bir neçə amillə əlaqədar ola bilər, məsələn: • müstəsna olaraq protein kokteyllərinin istifadəsi; • sınaqdan keçirilməmiş xammaldan hazırlanmış keyfiyyətsiz məhsulların seçilməsi; • kokteyllərin qeyri-düzgün istifadəsi və ya hazırlanması; • onlardan istifadə etmək həvəsini tez bir zamanda öldürən xoşagəlməz dad; • balanslaşdırılmış qidalanmanın və fiziki fəallığın olmaması.

Biz kokteylləri elmi cəhətdən işlənib hazırlanmış və əsaslandırılmış qidalanma planına daxil edirik, bu plan zəruri miqdarda zülalın qəbul edilməsini və ümumilikdə balanslaşdırılmış qidalanmanı təmin edir.

Biz, həmçinin qidalanma planını məqsədlərə nail olmağa imkan verən fiziki hərəkətlər proqramı ilə müşayiət edirik.

Qeyd etmək vacibdir ki, Herbalife Nutrition məhsulları elmi laboratoriyalarda bütün dünyadan olan alimlər, həkimlər və ekspertlər tərəfindən yaradılmışdır — bunu asanlıqla yoxlamaq və təsdiqini almaq mümkündür.

Herbalife Nutrition məhsulları digər protein kokteylləri ilə müqayisədə daha bir aşkar üstünlüyə malikdir — Müştərinin həyatında Sizin rəhbər, məsləhətçi və məşqçi qismində iştirakınız.

Və birlikdə, siz mütləq öz məqsədinizə nail olacaqsınız!

*Bədən çəkisinə nəzarət baxımından istənilən fikirlər Herbalife Nutrition şirkətinin Çəkiyə nəzarət proqramına aiddir, bu proqrama digərlərindən əlavə balanslaşdırılmış pəhriz, müntəzəm fiziki hərəkətlər, gündəlik olaraq zəruri miqdarda mayenin qəbulu, zərurət olduqda bioloji fəallığa malik qida əlavələrinin qəbulu və kifayət qədər istirahət daxildir. Bütün nəticələr fərdidir və fərqlənə bilərlər.

Made with FlippingBook Publishing Software