HLF_Buklet_you_know_you_can_210_297_AZ
Çəkinin rahat qaydada azaldılması
Artıq başa düşdüyünüz kimi, çəkinin azaldılması – psixologiya ilə sıx bağlı olan mürəkkəb və çoxtərəfli bir prosesdir. Bu isə o deməkdir ki, hər bir insan üçün bu proses müxtəlif cür keçir. Ona yeni bir nəzər salmaq üçün – vebinara baxın. Axı, hətta nə vaxtsa Siz özünüz bu yolu keçmisinizsə belə, bir çox şeylər Sizə müştəriləriniz üçün ola biləcək qədər vacib görünməyə bilər. Onlara gözlədikləri dəstəyi necə vermək barədə daha çox məlumat əldə edin!
Unutmayın ki, çəkinin azaldılması — bütün bədən üçün ciddi bir işdir. Bu prosesin arxasında təkcə fizioloji deyil, həm də psixoloji baryerlər dayanır! Əgər başda artıq fikirlər varsa, artıq kiloqramlardan xilas olmaq mümkün deyil.
Çəkisini azaldan insan daimi psixoloji gərginlik vəziyyətindədir. O, uğura nail olacağından şübhə edir, uğursuzluqlarının təkrarlanmasından qorxur, güzgüdə öz əksindən utanır və özünü tənha hiss edir. Bütün bu hissləri anlamaq — Sizin üçün ciddi bir işdir! Siz həssaslıq nümayiş etdirməli və öz müştərinizə həqiqətən kömək etməlisiniz.
Made with FlippingBook Publishing Software