HLF_Buklet_you_know_you_can_AZ

Müştərilərlə necə ünsiyyət qurmalı

Müştərilərin istədikləri məqsədlərinə çatmaları üçün daxillərində hansı mübarizənin baş verdiyini bilirsinizmi? Hətta onlar gülümsəsələr də, bu onlar üçün çox çətin ola bilər. Çox vaxt onlar laqeydlik və anlaşılmazlıqla qarşılaşırlar, buna görə də siz kömək etdiyiniz insanları yaxşı hiss etməlisiniz.

Sadə və düzgün sual verməklə, uğur hekayələrinizi və təcrübələrinizi müştərilərlə bölüşdüyünüzü göstərəcəksiniz. Daha çox dinləyin və “əzbərlənmiş ifadələri” az təkrar edin. Müştərinin suallarına əsasən biliklərinizi tənzimləyin. Onun proqramdan nə gözlədiyini soruşun. Bu, onun motivasiyasını daha yaxşı başa düşməyinizə kömək edəcəkdir. Nə vaxtsa sizin də müştərinin yerində olduğunuzu göstərmək üçün uğur hekayənizi düzgün zamanda söyləyin. Həmişə pozitiv olun!

Müştəridən aşağıdakı sualları soruşmağa cəhd edin — onların sizə nə qədər açıq olduqlarına və güvəndiklərinə təəccüb edəcəksiniz!

• Məqsədinizi yazın. • Arzu etdiyiniz çəkiyə nail olmaq üçün keçmiş təcrübələrinizin, hansı üsulun işlədiyini, hansı üsulun işləmədiyi haqqında danışın? • Əvvəlki cəhdlərdə nə sizin işinizə kömək etdi? • Bəs nə kömək etmədi? • Necə fikirləşirsiniz, nə üçün sizin məqsədə çatmağınız çətin oldu? • Siz qidalanma rasionunuza və həyat tərzinizə dəyişiklik etməyə nə qədər hazırsınız?

Artıq məqsədlərinə nail olmuş müştərilərin uğur hekayələrini paylaşın.

Made with FlippingBook Ebook Creator