HBL_catalog_2020_AZ
Bizim unikal xarici qidalanma fəlsəfəmiz
Dəri və saçlara qayğı ilə
Biz isti günləri, günəşi və gözəl havanı o qədər gözləyirik ki, yay vaxtlarında saclarımızın qayğısına qalmağı unuduruq.
Saçları isti mövsümə hazırlamaq üçün şampun seçiminə diqqətlə yanaşın. Bu tərkibində aqressiv kimyəvi komponentlərsiz vasitə olmalıdır. Saçların follikullarının qayğısına qalaraq, baş dərisini yaxşı yuyan parabensiz şampunlara diqqət yetirin. Möhkəmləndirici şampun Herbal Aloe , baş dərisini və saç follikullarını sağaldaraq, dəri piyinin artıqlarını ehtiyatla yuyan aloe ekstraktını ehtiva edir. Başınızı qaynar yox, isti su ilə yumağa çalışın. Növbəti mərhələ – kondisioner çox vacibdir. Bu vasitə saçın xarici qabığını örtür və onu hamar edir. Əgər siz məzuniyyətə yollanırsınızsa, günəşli saatlarınızı yanları enli şlyapada saçlarınızı gizlədərək keçirin. Kondisioneri isə 2–3 dəqiqə artıq saxlayın – bu tellərinizə əlavə parıltı verəcəkdir.
#2563
Yayda bədəninizin dərisi çoxlu sınaqlara məruz qalır – günəş, duzlu su, tez-tez depilyasiyalar. Onun hamarlığını necə qorumaq barədə tövsiyələrə diqqət yetirin. 1.
Həftədə bir dəfə duşdan öncə bədəninizi eksfoliasiya edin. Müasir skrablar şəkər, dəniz duzu, xırdalanmış meyvə və giləmeyvə toxumlarının kristalları olan təbii cilalıyıcı və polimer qranullardan ibarət sintetik cilalayıcılara bölünür. Birincilər normal möhkəm dəri sahibləri üçün, ikincilər isə dərisi həssas və quru dəri sahibləri üçün uyğundur. Skrabdan istifadə etdikdən sonra onu duş üçün aloe ekstraktlı HERBAL ALOE yumşaq geli ilə yuyun. Duzlu dəniz suyu və hovuzda xlor və boru suyunun tərkibində olan əriməyən kalsium duzları kimi kimyəvi maddələr dərini qurudur və dartır. Buna görə hər dəfə suyla təmasdan sonra bədən üçün krem sürtün. Əgər dəri həssasdırsa, qabığın soyulmasını və qızarmasını sakitləşdirəcək yumşaldıcı HERBAL ALOE uyğundur.
2.
#2565
#2561 #2562
ALOE (ingilis) – aloe
ALOE (ingilis) – aloe
34
35
Made with FlippingBook - professional solution for displaying marketing and sales documents online