Herbalife_Sport_Brochure_PREVIEW_AZ

GİRİŞ HERBALIFE NUTRITION SHT KLUBLARINDA QRUP ŞƏKLİNDƏ MƏŞĞƏLƏLƏR

PEŞƏKAR İDMANÇILAR MƏŞQLƏRƏ VAXTLARININ 20% - DƏN ÇOXUNU HƏSR EDİRLƏR. LAKİN ƏGƏR SİZ YARIŞLARDA İŞTİRAK ETMİRSİNİZSƏ, YADDA SAXLAMAQ LAZIMDIR Kİ, SİZİN FİZİKİ FORMANIZA İDMANIN TÖHFƏSİ TƏXMİNƏN 20% TƏŞKİL EDƏCƏK, 80%-İ İSƏ DÜZGÜN QİDALANMADAN ASILI OLACAQ. BU BARƏDƏ DAHA ƏTRAFLI — NÖVBƏTİ BÖLMƏLƏRDƏ

MƏŞQLƏRİN ƏSAS NÖVLƏRİ

BİRGƏ QAÇIŞLAR / KARDİOMƏŞQLƏR

TABATA

Maddələr mübadiləsini əhəmiyyətli dərəcədə sürətləndirməyə və yağların yandırılmasını işə salmağa imkan verən, bir və ya bir neçə hərəkətdən ibarət yüksək intensivlikli, intervallı məşqlərdir. Yalnız 2-3 ay kardio- və güc məşqləri ilə müntəzəm məşğul olduqdan sonra onlara keçmək məsləhət görülür.

Əsas əzələ qrupları üçün ürək- damar və tənəffüs sistemlərini möhkəmləndirməyə (ürək və ağciyər xəstəliklərinin yaxşı profilaktikası) imkan verən, eləcə də orqanizmi tonusda saxlamağa, fiziki formanı yaxşılaşdırmağa və çəkini korreksiya etməyə kömək edən yüklənmələr.

GÜC HƏRƏKƏTLƏRİ SİNFİ

İDMAN RƏQSLƏRİ

Həm öz bədəninin çəkisindən istifadə etməklə aerob rejimdə, həm də ağırlıqla (qantellər, ağırlaşdırıcılar və s.) yerinə yetirilə bilən güc məşqlərinin bir növüdür. Ürək-damar və tənəffüs sistemlərinə möhkəmləndirici təsir göstərir; piy toxumasının azalmasına, çəkinin azalmasına, əzələlərin güclənməsinə kömək edir. Bütün hazırlıq səviyyələri üçün tövsiyə edilir, lakin yüksək intensivlikli siniflər yalnız hazırlıqlı şəxslər üçün uyğundur.

İdman hərəkətlərini və latın Amerikası rəqslərinin hərəkətlərini birləşdirən, musiqi sədaları altında rəqs fitnes- proqramıdır. Kifayət qədər yüksək intensivliyə malik olan hərəkətlər kompleksi bütün bədənin effektiv məşq etdirilməsi üçün uyğundur, artıq kiloqramlardan xilas olmağa və gözəl bədən quruluşunu qoruyub saxlamağa kömək edir. İdman rəqsləri şən olmaları ilə həm qadınları, həm də kişiləri cəlb edir.

14

15

Made with FlippingBook - Online catalogs