HLF_Catalogue_Spring_2021_AZ

Kosmetika

Aloe vera ilə gözəllik

Aloe hər şeyi bacaran, qıcıqlanmış dərini sakitləşdirən və saçları bərpa edən unikal inqrediyentdir.

Əgər siz saçlarınızın nazilmiş uclarını kəsmək istəyirsinizsə, saçlarınız əvvəlki parlaqlığını itiribsə, baş dərisi isə stresslərə kəskin reaksiya bildirirsə, sizə Herbal Aloe şampunu və kondinsioneri kömək edəcəkdir . Aloe şirəsi saç köklərini gücləndirəcək, saçlarınızı daha güclü və elastik edəcəkdir. Bu cür komponentli kondisioner məsaməli saçları qidalandırır və daranmasını asanlaşdırır.

MƏSLƏHƏT Saçın əsas tikinti materialı zülaldır. Kimyəvi və mexaniki təsirlər səbəbindən zülal birləşmələri dağılır, saçlar elastikliyini itirir, qırılmağa başlayır. Optimal həll –– Herbal Aloe kondisionerindən istifadə etmək və rasionunuzu zülalla zənginləşdirməkdir.

Son vaxtlar əllərimizi gün ərzində dəfələrlə yumağa, spirtli sanitayzerlərdən istifadə etməyə adət etmişik. Bu aqressiv təsir əlin dərisində iz buraxmadan keçmir –– təbii hidrolipid təbəqə incəlir. Əllərinizi yuyun, krem sürtün –– bunu özünüz üçün bir qayda kimi qəbul edin.

MƏSLƏHƏT Əllərinizi nə qaynar, nə də soyuq su ilə yumayın. İlıq otaq temperaturu dərini sağlam saxlamaq üçün optimal variantdır.

32

33

Made with FlippingBook Annual report