HLF_Catalogue_Spring_2021_AZ

Kosmetika

Xarici və daxili qulluq

Biz yediklərimizdən ibarətik. Və bu ifadəni ən açıq şəkildə bizim dərimiz təsvir edə bilər. Rasion dəyişdiyi zaman onun vəziyyətinin necə dəyişdiyini tez-tez müşahidə etmək olar. Maksimum dərəcədə səmərəli qulluğa necə nail olmaq olar?

Dəri qatına daxildən kömək edərkən, xarici baxım barəsində unutmayın. • Aqressiv təmizləməni aradan qaldırın və makiyajı zərif şəkildə çıxarın. Məsələn, normal və quru dəri üçün aloe əsaslı təmizləyici gel ilə. Aloe ekstraktı yuyunduqdan dərhal sonra üzün dartılmış deyil, nəmli qalmasını təmin edir. • Bitki mənşəli canlandırıcı losyon krem və ya zərdabı həssaslıqla vurmaq üçün hazırlayacaqdır. • Dərinin təbii parlaqlığı üçün gündəlik nəmləndirici krem və göz ətrafının dərisi üçün nəmləndirici krem gözəlliyin axşam mərasimini başa çatdıracaqdır. MƏSLƏHƏT Göz altındakı marionetka-qırışlardan və «qaz ayaqlarından» azad olmaq istəyirsiniz? Tərkibində saflaşdırılmış şəkərin miqdarı normadan artıq olan yeməkləri menyudan çıxarın və fastfudu tam istisna edin.

Dərimizin əsas tikinti materialı kollagen liflərdir. Orqanizmin onları fasiləsiz sintez etməsi üçün insana faydalı yağların və kifayət miqdarda proteinin daxil olduğu balanslaşdırılmış qidalanma lazımdır. Ölmüş hüceyrələrin yerinə yeni hüceyrələrin yaranması üçün məhz zülal lazımdır. Əgər rasionda protein azdırsa və ya keyfiyyətsizdirsə,bu dərhal dəridə özünü əks etdirir — dəridə qırışlar, əyilmələr, quruluq, qeyri-bərabər rəng əmələ gəlir.

EKSPERT MƏQALƏSİ

Vyaçeslav Zaxarov , Herbalife Nutrition şirkətinin qidalanma üzrə eksperti

Gündəlik kalori miqdarını aşmadan, gündəlik zülal normasının tamamlanması protein kokteylləri şəklində funksional qidalanmaya kömək edəcəkdir. Dərinin elastikliyi və hamarlığı üçün gündəlik olaraq Omeqa-3 yağ turşuları tələb olunur. Məhz onlar qocalma prosesini ləngidə və üzə sağlam və dincəlmiş rəng bəxş edə bilər. Dərinin hamar və nəmləndirilmiş olması üçün bizə məhz təmiz su lazımdır. Diyetoloqlar 50 yaşadək böyüklərə 1 kq çəki üçün 40 ml, 50 yaşdan sonra isə eyni 1 kq çəki üçün 50 — 30 ml su içməyi tövsiyə edirlər.

30

31

Made with FlippingBook Annual report