HLF_Catalogue_November2020_AZ_A5

| Çəkinin azaldılması |

Nə zaman ki, səni başa düşürlər

Ruhən sizə yaxın olan insanların əhatəsində siz tədricən öz menyunuzu sərbəst şəkildə tərtib etməyi və özünüzə uyğun fiziki hərəkətlər komplekslərini seçməyi öyrənəcəksiniz . Sağlam həyat tərzi klublarında oxşar problemlərə malik olan insanlarla tanış olmaq mümkündür — birlikdə irəli hərəkət etmək üçün stimul tapmaq hər zaman daha asandır. Hətta əgər Kluba gəlmək imkanı yoxdursa belə, yenilikləri bölüşmək, müsabiqələrdə iştirak etmək və Şəxsi məsləhətçiyə suallar vermək üçün hər zaman onlayn əlaqədə olmaq mümkündür.

Gözəl qamət marafonları, Dəstək qrupu, Fitklub, özünə qulluq barədə məsləhətlər, Uğur akademiyası, SHT günü, klub vebinarları, kulinariya ustad dərsləri və İşgüzar imkan görüşləri — bütün bunlar sizi Klubda gözləyir . Qidalanma üzrə Şəxsi məsləhətçi sizin üçün fərdi qida rasionu tərtib edəcəkdir. Bir rəhbər və həvəsləndirici kimi o, sizin nəticələrinizi izləyəcək, qələbələrinizə sevinəcək və səhvlərinizi izah edəcəkdir. Yeni biliklər çəkinin azalmasını həyat tərzinin dəyişilməsinin sadə nəticəsi kimi təmin edəcəkdir.

Sağlam həyat tərzi keçirməyə və özünü formada saxlamağa qərar verərkən, insanda dərhal bir çox suallar yaranır. Nələri yemək olar, nələri isə yemək lazım deyil? Nə dərəcədə tez-tez məşq etmək lazımdır? Şirniyyatdan və zərərli vərdişlərdən necə imtina etmək olar?

SHT klubuna daxil olduqda, sizi maraqlandıran bütün cavabları alır və özünüzü öz yerinizdə hiss edirsiniz! Siz dəstək hiss etdiyiniz zaman istənilən dəyişikliklər daha asan baş verir!

Burada balanslaşdırılmış qidalanmanın əsaslarını öyrənə, öz qidalanma vərdişlərinizi təhlil edə bilərsiniz. Çəkinin qısa müddət ərzində artması, stress səbəbindən yuxunun pozulması, emosional narahatlıqlar fonunda həddən artıq yemək? SHT Klubunda bütün bu problemləri həll etmək realdır.

EKSPERTİN MƏQALƏSİ

Kris Morris, böyük vitse-prezident və innovasiyalar üzrə baş direktor

«İnsan innovasiyalar yaratmağa meyllidir, çünki istənilən dəyişikliklər həyatımızı daha asan, işimizi — daha səmərəli, ətraf aləmi isə — daha rahat etmək üçündür». Diqqətimizi texnologiyalar üzərində cəmləyərək, biz çox zaman bu prosesin sosial tərəfini yaddan çıxarırıq. SHT klubları insanların qarşılıqlı fəaliyyətinə və bir-birini dəstəkləməsinə əsaslanan cəmisi bir yeniliyin çox sayda insana kömək edə biləcəyini əyani şəkildə nümayiş etdirirlər. Yaxşı vərdişlər çətinliklə aşılanır. Lakin siz həmfikirlərinizlə əhatə olunduqda, dəyişikliklər daha asanlıqla keçir. Bunu elmi tədqiqatlar da sübut edir. SHT Klubları oxşar məqsədlərə malik olan insanları birləşdirir, birlik hissinin və səmimi sosial mühitin yaranmasına kömək edirlər. Onların populyarlığı — çox sadə, qeyri-texnoloji həllərin böyük fayda gətirə biləcəyinin gözəl nümunəsidir.»

12

13

Made with FlippingBook - Online catalogs