HLF_Buklet_you_know_you_can_AZ

Hətta evdən kənarda da balanslaşdırılmış şəkildə qidalanın

Balanslaşdırılmış şəkildə qidalanarkən, insanlar çox zaman necə qonaq getmək, tədbirlərə qatılmaq və ya iş gününün ortasında nahar etmək barədə maraqlanırlar. Bütün bunlardan imtina etmək lazım deyil, restorana getdikdən sonra vicdan əzabı çəkməmək üçün sadə vərdişləri formalaşdırmaq daha yaxşıdır.

Ac qarına restorana və ya qonaq getməyin. O zaman masada və ya menyuda olan hər şeyin dadına baxmaq istəməyəcəksiniz və diqqətinizi daha faydalı yeməklərə (salatlar, smuzilər, meyvə boşqabları və s.) keçirə biləcəksiniz.

Restoranda çörəkdən imtina etmək və onu masadan götürmələrini xahiş etmək lazımdır. Yeməyə bir stəkan su ilə başlamaq və sonra salat yemək daha yaxşıdır. Onun tərkibində tez bir zamanda doymaya kömək edən qida liflərini özündə ehtiva edən tərəvəzlər olacaqdır.

İsveç masasından çəkinin. Məhsulların seçimi geniş olduqda insanlar instinktiv olaraq daha çox yeyirlər.

“Qızardılmış” yeməklərə və souslara “yox” deyin. Bir çox salatlara mayonez əlavə edilir, belə olan halda restoranda onu xama ilə əvəz etmələrini xahiş edin. Duru xəmirə batırılmaqla hazırlanan və xörək şirəsi əlavə edilən yeməklər isə bədən quruluşunun əsas düşmənləridir, yaxşı olar ki, onlardan imtina edəsiniz.

İki nəfərə bir yemək sifariş edin. Əgər restoranda porsiyalar böyükdürsə, həddən artıq yeməmək üçün yeməyi tərəf müqabilinizlə bölüşə bilərsiniz. Ya da yeməyin yarısını qablaşdırıb sizə vermələrini xahiş edə bilərsiniz, beləcə sabaha da yeməyiniz olacaq!

Desertdən imtina edin. Əgər çox istəyirsinizsə, meyvəli-giləmeyvəli şirniyyat variantını seçə bilərsiniz.

Made with FlippingBook Ebook Creator