HLF_Buklet_you_know_you_can_AZ

Etiketləri necə düzgün oxumaq olar?

QABLAŞDIRMA İnanılmaz təsir vəd edən çox parlaq, “qışqıran” etiketlərdən qaçınmaq lazımdır. Çox zaman onlar yalnız diqqəti cəlb edirlər ki, alıcı əslində ona lazım olmayan məhsulları alsın.

“ŞƏKƏRSİZ” Əslində, bu ifadənin arxasında hətta daha çox zərər gizlənə bilər, axı məhsula şəkərin əvəzinə süni şirinləşdiricilər əlavə edilə bilər və onlar çox vaxt çəki yığımına səbəb olurlar 1 . “XOLESTERİNSİZ” Bu yazı yalnız heyvan mənşəli məhsulların üzərində yerləşdirilə bilər. Lakin çox zaman istehsalçılar bu yazını, məsələn, bitki yağının üzərində yerləşdirməklə, diqqəti cəlb edirlər. Əslində isə bu, cəfəngiyyatdır!

“VİTAMİNLƏRLƏ ZƏNGİNLƏŞDİRİLMİŞDİR” Bu yazı onu bildirir ki, vitaminlər digər xammaldan əlavə edilmiş və ya süni şəkildə sintez edilmişdir. Onların faydası ilkin məhsulda olan vitaminlərə nisbətən daha az olacaqdır.

1 Applied Physiology, Nutrition and Metabolism, DOI: 10.1139/apnm-2016-0346.

Made with FlippingBook Ebook Creator