HLF_Buklet_you_know_you_can_AZ
Balanslaşdırılmış qidalanmanın əsasları
Balanslaşdırılmış qidalanma dedikdə, insanın öz sağlamlığına, bədəninə və qida rasionuna şüurlu yanaşması nəzərdə tutulur. Biz düzgün məhsulların xeyrinə seçim edirik, pis vərdişlərdən, fəst-fuddan, artıq şəkərdən, duzdan və kalorilərdən imtina edirik. Bununla belə, supermarketdə məhsulların etiketlərinə və tərkibinə diqqət yetirməsək, bütün səylərimiz boşa çıxacaq. Ekspert kimi alış-veriş etməyi öyrənin!
ALIŞ-VERİŞ SİYAHISINI TƏRTİB EDİN Qidalanma planı bir neçə gün əvvəlcədən yazıldıqda, məhsulların siyahısını tərtib etmək çox asandır. Bu siyahı artıq xərclərə yol verməməyə və yalnız lazım olan məhsulları almağa imkan verəcəkdir. Alış-veriş siyahısının şablonunu son səhifələrdə tapmaq mümkündür! ACQARINA ALIŞ-VERİŞƏ GETMƏYİN Tədqiqatlar sübut etmişdir ki, ac insanlar lazım olandan iki dəfə artıq məhsul alırlar 1 . Mağazaya getməzdən əvvəl yüngül qəlyanaltı etmək və ya Formula 1 Protein kokteyli içmək daha yaxşıdır. MƏTBƏXDƏ SƏLİQƏ YARADIN Sistemə riayət edin: məhsullar həmişə öz yerlərində olduqda, bir sürətli baxış nəyin çatışmadığını başa düşmək üçün kifayət edir.
ETİKETLƏRİN ÜZƏRİNDƏKİ İNFORMASİYA İLƏ TANIŞ OLUN Bu, konkret məhsulda ZYK-ni dəqiq hesablamağa imkan verəcəkdir.
1 Neale T. (2013) Hungry shoppers head for high calorie aisle. MedPage Today. May 07. www.medpagetoday.com/ PrimaryCare/DietNutrition/38912. Wansink B., Tal A. (2013) Fattening fasting: hungry grocery shoppers buy more calories, not more food. JAMA Intern. Med., May 06 [Epub ahead of print].
Made with FlippingBook Ebook Creator