HLF_Buklet_you_know_you_can_210_297_AZ

Эта интерактивная публикация создана при помощи FlippingBook, сервиса для удобного представления PDF-файлов онлайн. Больше никаких загрузок и ожидания — просто откройте и читайте!

Siz bilirsiniz. SİZ BACARARSINIZ Faydalı material seçimi

Biz şadıq ki, siz böyük Herbalife Nutrition şirkətinin bir hissəsisiniz!

Müstəqil Tərəfdaşın işi – fədakarlıq, daima öyrənmək və səhvlər üzərində işləməyi tələb edən əsl peşədir. Bu broşür işə yeni başlayan Müstəqil Tərəfdaşlara yeni işi daha tez mənimsəməyə, bütün suallara cavab almağa və Müştərini daha yaxşı başa düşməyə kömək edəcəkdir. Burada tapa bilərsiniz:

Biznes üçün zəruri olan rahat strukturda bütün informasiya

Müştərilərlə ünsiyyət üçün praktiki məsləhət və tövsiyələr

Çap edə biləcəyiniz və işdə istifadə edə biləcəyiniz faydalı şablonlar

Normanın və nəticənin hesablanması üçün ekspertlərlə video, əvəzedilməz şparqalkalar, formullar!

İşə nədən başlayırıq ?

İnsanlara kömək etmək əsl çağırışdır, belə ki o, iştirak, öhdəlik və bilik tələb edir. Bu amillər, dəstək, fərdi yanaşma və qidalanma sahəsində keyfiyyətli qərarlar ilə birlikdə işimizin əsasını təşkil edir. Müştəri ilə birlikdə sizi çətin, lakin maraqlı bir yol gözləyir, bu yolda siz ona həyatı yaxşılığa doğru dəyişməyə kömək edəcəksiniz! Başlanğıc üçün aşağıdakı bəndlərə diqqət yetirin:

Müştərinin hədəflərindən asılı olaraq proqramlarımızın unikallığı barədə məlumat verin. Kiməsə çəkini azaltmaq lazımdır, kimsə nəticəni saxlamaq üçün ət yemir, kiminsə laktozaya qarşı dözümsüzlüyü var. Proqramlarımız elm adamları və həkimlər tərəfindən hazırlanmışdır, buna görə də siz hər bir müştərinin ehtiyaclarına uyğun olaraq fərdi qidalanma planını qura bilərsiniz.

Əgər Müştəri çəkini azaltmaq istəyirsə, pəhrizlərin nə üçün işləmədiyini söylə. İnsanların 80%-dən çoxu pəhriz ilə istənilən nəticəyə nail ola bilmədi və orta hesabla hər üçdə biri əvvəlki çəkisinə qayıtdı və ya daha çox çəki yığdı*. Məsələ bundadır ki, pəhrizlər orqanizmin istehza ilə qəddarcasına məhdudlaşdırılması üzərində qurulur.

Müştərinizin məqsədləri nə olursa olsun, həmişə onların yanında olacağınızı söyləyin! Çoxları üçün təkbaşına çəkinin azaldılması və bu çəkini saxlamaq çətindir. Hətta, çəki yığımı belə asan başa gəlmir! Müştərilərinizdə onları heç vaxt tərk etməyəcəyinizə əminlik yaradın.

Müştərilərlə necə ünsiyyət qurmalı

Müştərilərin istədikləri məqsədlərinə çatmaları üçün daxillərində hansı mübarizənin baş verdiyini bilirsinizmi? Hətta onlar gülümsəsələr də, bu onlar üçün çox çətin ola bilər. Çox vaxt onlar laqeydlik və anlaşılmazlıqla qarşılaşırlar, buna görə də siz kömək etdiyiniz insanları yaxşı hiss etməlisiniz. Sadə və düzgün sual verməklə, uğur hekayələrinizi və təcrübələrinizi müştərilərlə bölüşdüyünüzü göstərəcəksiniz. Daha çox dinləyin və “əzbərlənmiş ifadələri” az təkrar edin. Müştərinin suallarına əsasən biliklərinizi tənzimləyin. Onun proqramdan nə gözlədiyini soruşun. Bu, onun motivasiyasını daha yaxşı başa düşməyinizə kömək edəcəkdir. Nə vaxtsa sizin də müştərinin yerində olduğunuzu göstərmək üçün uğur hekayənizi düzgün zamanda söyləyin. Həmişə pozitiv olun!

Müştəridən aşağıdakı sualları soruşmağa cəhd edin — onların sizə nə qədər açıq olduqlarına və güvəndiklərinə təəccüb edəcəksiniz!

• Məqsədinizi yazın. • Arzu etdiyiniz çəkiyə nail olmaq üçün keçmiş təcrübələrinizin, hansı üsulun işlədiyini, hansı üsulun işləmədiyi haqqında danışın? • Əvvəlki cəhdlərdə nə sizin işinizə kömək etdi? • Bəs nə kömək etmədi? • Necə fikirləşirsiniz, nə üçün sizin məqsədə çatmağınız çətin oldu? • Siz qidalanma rasionunuza və həyat tərzinizə dəyişiklik etməyə nə qədər hazırsınız?

Artıq məqsədlərinə nail olmuş müştərilərin uğur hekayələrini paylaşın.

Özümə vuruldum !

#UGURHEKAYƏSİ Mən ictimaiyyətlə əlaqələr və menecment sahəsində işləməyi arzu edirdim, amma hər yerdə “xoş xarici görünüş” tələb olunurdu. Mən isə xala kimi görünürdüm! Sonra “Gözəllik Qalereyası” layihəsinə getməyə qərar verdim, tərəzidəki nəticə məni şoka saldı, ona görə də dəyişmək istədim. Yemək vərdişlərimi dəyişdirdim, hər gün Qida gündəliyimdə qeydlər aparırdım və Sağlam Həyat tərzi Klubuna gedirdim. Mən 3 ay ərzində 18,2 kq çəki itirdim və belimin ölçüsü 62 sm-ə qədər incəldi. Özümü uzun müddət rəqs gecəsinə hazırlaşan, lakin gedə bilməyən “Zoluşka” kimi hiss edirdim. Mən özümə vuruldum və dəqiq deyə bilərəm ki, möcüzə baş verdi! və idman salonuna getmək cəhdlərim olsa da, bütün çəkim mayonez və sendviçlərlə geri qayıdırdı. Güzgüdə görünüşümdən bezmişdim. Mən iki il ardıcıl analıq məzuniyyətdə oldum və özümə fikir vermirdim. Necə boyanmağı da unutmuşdum, komplekslərim yaranmışdı və qara geyimlərdən istifadə edirdim. Arıqlamağa Heç bir şey artıq öz məqsədlərinə nail olmuş insanların nəticələri qədər həvəsləndirmir! Müştərilərə Herbalife Nutrition ilə artıq möhtəşəm nəticələr əldə etməyə nail olmuş insanların uğur hekayələrini göstərin! Onlara sübut edin ki, birlikdə işlədikdə mümkün olmayan heç bir şey yoxdur!

ƏVVƏL

-18 КQ

SONRA

Yekaterina Yeşmantoviç, 36 yaş

Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

Herbalife Nutrition məhsullarına və

məsləhətçiyə təşəkkürümü bildirirəm!

#UGURHEKAYƏSİ

ƏVVƏL

Hamı mənə deyirdi ki, kökəlmişəm, lakin geyim ölçüm 58-ə çatanda, arıqlamağa qərər verdim! Hər bir şeyi sınaqdan keçirdim, lakin cəhdlərim uğursuz oldu. Yalnız, Sağlam Həyat tərzi Klubuna getdikdən sonra mən dəyişməyə başladım. Orada Məsləhətçinin tövsiyə etdikləri hər bir tövsiyəyə əməl edirdim və məndə idmanla məşğul olmaq arzusu yarandı. Ən ciddi nəticə isə, Formula 1 kokteyli ilə tanışlıqdan sonra baş verdi. Mən dərhal hiss etdim ki, yuxum daha dərin olmağa və yuxuya getmək asanlaşdı. Artıq aydın beyinlə, gümrah və enerjili halda yuxudan oyanırdım! Həddindən artıq çəki, mənim cavabsız sevgi fonunda yaşanan iztirablarım səbəbindən yarandı. Depressiyanı yeməyə başladım. Depressiyam keçdikdən sonra, çox yemək vərdişim isə qaldı. -33 КQ

SONRA

İrina Zapriy

Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

Məsləhətçilərə etibar etməyi qərara aldım !

#UGURHEKAYƏSİ

Əvvəllər müxtəlif qida əlavələrindən istifadə etmək təcrübəm var idi, lakin heç nə yüksək keyfiyyətli, elmi yanaşma və mükəmməl balanslaşdırılmış tərkibinə görə, Herbalife Nutrition məhsulları ilə müqayisə edilə bilməz! Nəhayət, idman qamətinə nail ola bildim! Mənim kimi olan insanlara məsləhət vermək istərdim: artıq o insanlara etibar edin ki, onlar minlərlə insana məqsədlərinə çatmaqda kömək edib. Həyatınızın nə qədər tez və asanlıqla dəyişəcəyinə təəccüblənəcəksiniz! Mən həmişə gözəl və mütanasib qamət arzulamışam, lakin şirniyyat və fastfuda olan sevgim sayəsində, buna müvəffəq olmurdum. Bir dəfə qərara aldım ki, bu işə ciddi yanaşmalıyam. Bu işdə mənə həyat yoldaşım çox kömək oldu, belə ki, o, artıq 2 il idi ki, Sağlam Həyat Tərzi klubuna gedirdi və nəticə 40 kq mənfi çəki idi. Onun nümunəsindən ilhamlanaraq, mən də, məsləhətçiyə etibar etməyi qərara aldım və onun məsləhətlərinə tam əməl etməyə başladım.

ƏVVƏL

SONRA

Artem Truxinov, 45 yaş

Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

Səbirsizliklə yeni başlanğıcları gözləyirəm !

#UGURHEKAYƏSİ

Tezliklə triatlon ilə maraqlandım və ilk yarışlarıma hazırlaşmağa başladım. Məşqlər 5 ay ərzində, həftədə 4 dəfə 1,5-2 saat olurdu. Yüklənmə böyük idi və Herbalife Nutrition məhsulları olmasaydı, mən bu yüklənmənin öhdəsindən gələ bilməzdim. Mənim üçün bu, yeni bir təcrübə idi, lakin mən “Sprint” məsafəsini (50 m üzgüçülük, 20 km velosiped yürüşü, 5 km qaçış) uğurla bitirdim. Özümü çox yaxşı hiss edirəm, yeni başlanğıclar və yeni qələbələr gözləyirəm! Hebalife Nutrition-a təşəkkürlər! Mən hər zaman fəal bir insan olmuşam, lakin heç vaxt idmanla ciddi məşğul olmamışam, hər zaman boyun qaçırmışam. Mən qida rasionuma Herbalife Nutrition məhsullarını əlavə etdikdən sonra, hər şey dəyişdi! Demək olar ki, dərhal özümü daha yaxşı, daha gümrah və daha enerjili hiss etməyə başladım! Artıq yarım ildən sonra çatışmayan 7 kq* çəki yığdım, bədənimi idmançı formasına gətirib çıxardım və 3 aydan sonra — daha 8 kq* çəki yığdım!

ƏVVƏL

Yuliya Stançula, 29 yaş Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər. +15 КQ SONRA

Herbalife Nutrition-a təşəkkür etməkdən doymuram!

#UGURHEKAYƏSİ

-60 КQ Ümidsizliyə qapılmış vəziyyətdə mən internetdə çəkinin azaldılmasında kömək təklif edən bir nəfəri tapdım. Beləcə, mən öz Herbalife Nutrition məsləhətçimlə tanış oldum. Deməliyəm ki, əvvəlcə məsələyə skeptik yanaşırdım, lakin sınaqdan keçirməyə qərar verdim. Ən çətin iş maye qəbulu rejiminə əməl etmək idi, lakin mən bir həftə ərzində rahat şəkildə və heç bir narahatlıq olmadan 7 kq* çəki itirdikdən sonra, heç bir şübhəm qalmadı! Nəticədə il yarım ərzində mən 60 kq*, ərim isə — 47 kq* artıq çəkidən xilas olduq! Enerjim boldur, çəkim azalıb, ödemlərim keçib gedib və əhvalım çox yaxşıdır! İndi asanlıqla gündə 20 min addım yeriyirəm, qaçıram, fəal həyat tərzi keçirirəm və məmnunam. Ərimlə biz özümüzü çox yaxşı hiss edirik və buna görə Herbalife Nutrition-a təşəkkür etməkdən doymuruq! gücüm, nə də enerjim qalmışdı, mən tez qıcıqlanırdım. Hətta bir dəfə çəkimi azaltdıqdan sonra mən yenidən — iki dəfə daha çox çəki yığdım! Qızım doğulduqdan sonra 30 kq* çəki yığdım və 20 ildən artıq müddətdə bu çəkidən qurtulmağa çalışdım, amma nəticəsi olmadı. Mən hər şeyi sınaqdan keçirdim: məşqlər, pəhrizlər, ac qalmaq, masaj. Daima stress keçirməkdən mənim nə

ƏVVƏL

SONRA

Qalina Podqorodneva, 45 yaş

Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

Müştəri dəyişikliklərə nə dərəcədə hazırdır?

Çəkinin dəyişdirilməsi üçün hər bir Müştərinin öz motivasiyası var: öz sağlamlığı barədə narahatlıq, bayrama hazırlıq, idman üslublu bədən quruluşu haqqında çoxdankı arzular. Siz öz Müştərinizin məqsədlərini anlamaqla, onlara nail olmaqda kömək edə bilərsiniz!

Müştəridən 1-dən 10-a qədər olan burada 1-i “tam hazır deyil” və 10-u “tamamilə hazırdır” şkalası üzrə, onun dəyişikliyə hazırlığını qiymətləndirməsini xahiş edin.

12

34

56

789

10

TAM HAZIR DEYİL

TAMAMİLƏ HAZIRDIR

QİYMƏTLƏNDİRMƏNİN NƏTİCƏLƏRİ

1–3 — Müştəri keçmiş uğursuzluqlardan məyus olur və Siz ona qarşı daha diqqətli və həssas olmalısınız! 4–6 — Müştəri proqramla maraqlanır və daha çox məlumat əldə etmək istəyir. 7–10 — Müştəri ilhamlanıb və uğura inanır! VACİBDİR! Müştərini xəbərdar edin ki, yalnız bir aydan sonra, balanslaşdırılmış qidalanma (və ya 2-3 zəriflik marafonu), fiziki fəaliyyət və tövsiyələrinizə riayətdən sonra, onun həqiqi uğurlarını qiymətləndirmək mümkün olacaqdır. Bu dövrdə Müştərinin şəxsi tempini, nizam-intizamını və metabolik göstəricilərini anlayacaq və istədiyi nəticəni əldə etmək üçün nə qədər vaxt lazım olduğunu qiymətləndirə biləcəksiniz. Siz mütləq uğura nail olacaqsınız — birlikdə!

Başlama nöqtəsini müəyyənləşdirilməsi!

Başlamaq üçün ən yaxşı vaxt hansıdır? Bazar ertəsindən? Növbədi aydan? Yeni zəriflik marafonu ilə?

Bu seçimlərdən hər hansı biri doğru olacaq! Başlamanızı Müştəri ilə planlaşdırın və hazırlıq addımlarını atın:

“Zəriflik marafonu” çata yeni bir Müştəri əlavə edin;

ona Klubunuzun sağlam həyat tərzinin fəaliyyətlərini: Dəstək Qruplarının sınaq dərsi, məşq (fit), kulinariya və ya kosmetik ustad dərsini ziyarət etmək imkanı verin;

onu balanslaşdırılmış səhər yeməyinin əsas məhsulları və müxtəlif dadlı kokteyllərlə tanış edin;

müştəri hazır olduqda, başlama proqramı üçün sifariş verin.

Müsbət münasibət və dəstək — artıq qələbənin yarısıdır!

Çəkini, boyu və həcmi necə ölçmək olar

Mütəmadi ölçmələr, artıq öz üzərinizdə görülən işlərin nəticələrini qiymətləndirməyə imkan verir!

BOY • Divarın yaxınlığında • Kürəklər və topuqlar divara söykənmiş vəziyyətdə • Çənə irəli, irəliyə doğru

ÇƏKİ • Gödəkçə şlyapa, əlcək, ayaqqabı, corab və sviter olmadan • Yüngül geyim • Eyni paltarda ölçmələri təkrar apararaq • Nəticələri qeyd edin və onları müsbət dinamikalarına görə tərifləyin

ÖLÇÜLƏR • Onların həcmlərini ölçmək üçün icazə istəyin • Həmişə bədənin eyni nöqtələrində ölçmə aparın

• Əgər o dolu bədənlidirsə, ölçməni geyimsiz ölçmək lazım ola bilər • Nəticələri qeyd edin və onları müsbət dinamikalarına görə tərifləyin

Müştəriyə onun hər şeyə nail olacağına əminliyi aşılamaq vacibdir!

Müştəriyə deyin ki, keçdiyi yolda onun hər zaman kifayət qədər bilik və məlumatları olacaqdır:

Müştəri ilə Sizi qarşıda böyük və komanda şəklində bir iş gözləyir! Sizin hər birinizin səyləri eyni dərəcədə qiymətli və mühümdür. Müştəri yalnız o halda uğura nail ola bilər ki, Siz hər zaman onun yanında olasınız və lazım olan dəstəyi və alətləri ona verə biləsiniz. Bir rəhbər və həvəsləndirici kimi Siz Müştərini hər bir mərhələdə onun yanında olacağınıza inandırmalısınız — hətta bu mərhələlərdən hansısa Sizin hər ikiniz üçün çətin olsa belə.

hər gün üçün qidalanma planları və resept ideyaları

onun orqanizminin imkanlarına uyğun olaraq fərdi şəkildə seçilmiş fiziki hərəkət proqramları

qidalanma gündəliyinin gündəlik yoxlanması, pəhriz pozuntularının və uğursuzluqların üzərində işləmək

müntəzəm görüşlər, müzakirələr, ustad dərsləri

messencerlərdə və Sağlam həyat tərzi klubunda onlayn-dəstək

Hər şeyin alınması üçün, Siz özünüz də, özünüzə inanmalısınız!

Sizin işiniz — müvəqqəti hobbi deyil, böyük bir məsuliyyətdir: Siz kiminsə həyatını yaxşılığa doğru dəyişirsiniz . Əgər hətta Siz proqramın gedişatında inamsızlıq hiss etsəniz də, Müştərini yarı yolda qoymaq olmaz. Hər hansı şübhələriniz qalarsa, məsləhət üçün yuxarı rəhbərinizə müraciət edin.

Herbalife Nutrition-dan Balanslaşdırılmış səhər yeməyi

SƏHƏR YEMƏYİNİN 3 VARİANTI Karbohidratlı səhər yeməyi Sadə karbohidratlar qan şəkərinin dərhal artmasına və insulinin çox miqdarda yağa çevrilməsinə səbəb olur. Səhər yeməyinin olmaması Səhər yeməyinin olmaması qanda şəkərin səviyyəsinin normadan aşağı düşməsinə, “karbohidrat” aclığının yaranmasına və enerji azalmasının qarşısını almaq üçün sadə karbohidratlarla qəlyanaltı etmək istəyinə gətirib çıxarır. Balanslaşdırılmış zülallı səhər yeməyi Bu cür səhər yeməyi qanda şəkərin normal həddə saxlayır, “karbohidrat” aclığı və karbohidrat asılılığının gün ərzində qarşısını alır və bununla da orqanizmi lazımi qidalı elementlərlə təmin edir.

Formula 1 Protein kokteyli Aloe əsasında bitkilərdən hazırlanmış içki Otlu içki • Çəkiyə effektiv nəzarət etməyə köməklik edir: Aşağı kalorilidir və bir neçə saatlıq toxluq hissini təmin edir • Enerji ilə təmin edir, maro və mikronutriyentlər ehtiyatını doldurur

BALANSLAŞDIRILMIŞ SƏHƏR YEMƏYİ NƏDİR? Səhər yeməyinin tərkibi, orqanizmdə enerjiyə, makro və mironutriyentlərə olan sutkalıq tələbatının 25%-ni doldurmaq üçün balanslaşdırılmış olmalıdır. Diyetoloqlar səhər yeməyi üçün aşağıdakıları tövsiyə edirlər:

• təxminən 20 q zülal; • maksimum 5 q yağ;

• mümkün qədər faydalı qida lifləri; • əsas vitamin və mineral kompleksi. Və bütün bunlar “tez” karbohidratsız və əlavə kalorisiz!

Əgər Sizin yemək hazırlamağa vaxtınız kifayət etmirsə, kalorinin miqdarını artırmadan zülal və vitaminlərlə zənginləşdirməyi bilmirsinizsə, Herbalife Nutrition-dan Balanslaşdırılmış səhər yeməyi köməyinizə çatacaqdır. Sadəcə 2 dəqiqə − vəssalam, sizə lazım olan, artıq hazırdır!

Müştərilərin ən populyar məqsədi

Müştərilərin ən populyar məqsədi artıq kiloqramlardan xilas olmaqdır. Herbalife Nutrition-ın çəkinin azaldılması üzrə xüsusi işlənib hazırlanmış və təsirli proqramı var.

Pəhrizlər əvvəlki kimi hələ də çəkinin azaldılmasının ən təsirli üsulu hesab olunur. Hələ 2012-ci ildə Herbalife Nutrition-nın apardığı bir tədqiqatda* iştirak edən respondentlərin 85%-i nə vaxtsa pəhrizdə olduqlarını etiraf etmişlər. Lakin insanların 80%-i arzu olunan nəticəyə nail ola bilmədi və orta hesabla, hər üçüncü şəxs əvvəlki çəkisini geri qaytardı və ya daha çox çəki yığdı. Məsələ bundadır, insanlar təsəvvür edə bilmirlər ki, ciddi məhdudiyyətlər və çox səy göstərmədən necə arıqamaq olar.

Müştərilərinizə söyləyin ki, çəkinin effektiv azaldılmasının əsasını — ağıllı, məlumatlı və balanslı bir pəhriz təşkil edir. Bu pəhriz qəti qadağaları ifadə etmir, çünki bu zaman orqanizm vacib qidaları ala bilməyəcək və bu da öz növbəsində maddələr mübadiləsində özünü göstərəcəkdir!

Müştərini birgə fəaliyyətə hazırlayın

Müştərilərinizlə danışın və onlardan əvvəllər çəkilərini necə azaltdıqlarını soruşun. Həftədə nə qədər çəki itirdilər və bunun üçün nə etdilər?

Təəccüblənəcəksiniz, amma bir çoxları elmi cəhətdən əsaslandırılmış prinsiplərdən xəbərsiz tələsik hərəkət edirlər! Müştərilərə söyləyin ki, çəkinin azalması ZYK balansını, müntəzəm fiziki fəaliyyəti qorumaqla və kalorili qida rasionunu azaltmaq hesabına baş verir.

İzah edin edin ki, siz birlikdə orqanizm üçün rahat olan optimal kalorinin azaldılmasını hesablaya biləcəksiniz!

Çəkinin azaldılmasının əsas prinsipləri

Herbalife Nutrition proqramı ilə qidalanma və çəkinin azaldılmasını bir cümlə ilə təsvir etsəniz, belə səslənəcəkdir: Pəhrizlərdən imtina edin, dadlı və tez-tez yeyin, yeməkdən zövq alın. Bu inanılmaz səslənir, lakin həqiqətdir və dünyada milyonlarla insan artıq Herbalife Nutrition prinsiplərinin təsirli olduğunu təsdiq etdi.

Balanslaşdırılmış bir rasiona hər 2-3 saatdan bir 5-6 yemək qəbulu daxildir, bu bioloji ritmlərə uyğun olaraq bədənin əsas ehtiyaclarını nəzərə alır və eyni zamanda minimum kalorini özündə ehtiva edir. BƏS BUNUN SİRRİ NƏDƏDİR?

07:00 Oyanma

08:00 Səhər yeməyi

11:00 Qəlyanaltı

19:00 Şam yeməyi

QİDALANMA PLANI 24/7

və ya

ORQANİZMİN ƏSAS EHTİYACLARI

və ya

Antioksidant qorunması Daha az doymuş yağ Fiziki fəaliyyət Vitamin və mineral kompleksi,

və ya

və ya

16:00 Qəlyanaltı

13:00 Nahar

D vitamini Su balansı Təxminən 30% protein 40% karbohidratlar 30%-ə qədər yağ Omeqa-3 İstirahət

Orqanizmin bioloji və sirkad ritmlərinə əsaslanaraq professor Devid Hiber qida əvəzedici kokteyllərdən istifadə edərək unikal qidalanma planı hazırlamışdır*. Belə bir qidalanma planı qida rasionunda zülallar, yağlar və karbohidratlar balansı ilə daha az kalorini təmin edir ki, bu da kilo vermək üçün vacib şərtlərdən biridir! *Təklif olunan qidalanma planı gün ərzində 5-6 dəfə balanslaşdırılmış qidalanma modelidir və bilavasitə tövsiyə hesab edilmir. Herbalife Nutrition məhsulları təklif olunan modelə uyğun olaraq gün ərzində bir və ya iki qida qəbulu üçün seçim ola bilər.

BFMQƏ. DƏRMAN VASİTƏSİ DEYİLDİR

Balanslaşdırılmış qidalanma , o nədir?

Protein kokteyli, istehlak olunan kalorini azaltmaq üçün əlverişli bir üsuldur! Onlar orqanizmi protein, enerji, vitamin və minerallarla təmin edir və eyni zamanda aşağı kalorili olurlar. Kokteyl şəklində yalnız bir neçə yemək rahat, çəkinin təhlükəsiz və təsirli şəkildə azalmasını təmin edir.

FORMULA 1 PROTEİN KOKTEYLİNİN TƏRKİBİ*

Na D Fe B

1 porsiyada 9 qram protein, o cümlədən, qiymətli noxud zülalı da daxil olmaqla

23 zəruri vitamin və minerallardan ibarət bir kompleks (antioksidant vitamin A, D, C, E — hər porsiyada tövsiyə olunan gündəlik miqdarın 50%-i qədərində)

2.5 q lif

NƏZƏRƏ ALIN!

Çoxları kokteyl əvəzedicilərinə şübhə ilə yanaşırlar. Lakin, gəlin baxaq, biz nə yediyimzi yaxşı bilirikmi?

Çəkinin azaldılması üçün Gündə iki qida qəbulunu balanslaşdırılmış üçüncü yeməklə birgə Formula 1 Protein kokteyli və sağlam qəlyanaltılar ilə əvəzləmək tövsiyə olunur. Çəkini saxlamaq üçün Gündə bir qida qəbulunu Formula 1 Protein kokteyli ilə əvəz etməyiniz məsləhət görülür.

«Vitaminlərlə zəngindir» MAĞAZADA SATIN ALINAN MƏHSULLARIN TƏRKİBİNDƏ VAR

«Şəkərsiz»

«Xolesterinsiz»

Bu tərtib məhsulun şəkərdən daha çox zərər verə biləcəyi süni dadlandırıcıların olduğunu göstərir. Və onlarda həmişə daha çox kalori var.

Bu anlayış, vitaminlərin digər xammaldan alındığını və ya süni şəkildə sintez edildiyini bildirir. Onlardan əldə edilən fayda əvvəlcədən məhsulun içərisində olanlardan az olacaqdır.

Xolesterolu yalnız heyvan mənşəli məhsullarda tapmaq olar, lakin istehsalçılar tez-tez istehlakçını yanlış yönəldərək, bu anlayışı səhv istifadə edirlər (məsələn, bitki yağı).

Rasionun kaloriliyi

Yediyiniz qidaları nə dərəcədə yaxşı bildiyinizi, onların nə qədər sağlam və aşağı kalorili olduğunu yoxlayın. ŞƏKƏR GLİKEMİK İNDEKS YAĞLAR Bütün karbohidratlar bu və ya digər dərəcədə şəkərə çevrilərək insulin istehsalına səbəb olur. O, hansı məhsulların qanda şəkərin artımına və mədəaltı vəzinin insulin reaksiyasına səbəb olacağını müəyyənləşdirir. Artıq zərərli yağların olduğunu aydınlaşdırdıq. Ən az şəkər haradadır? Ən çox yediyiniz qidalar arasında? Ən aşağı Qİ haradadır? Ən çox yediyiniz qidalar arasında? Mono və çox doymamış yağlar harada olur? Ən çox yediyiniz qidalar arasında? 30 90 FAYDALI 0,6 1 4 1

1 XÖRƏK QAŞIĞI ŞƏKƏR

0,2

4

5

4

5

0,6

ZƏRƏRLİ

İNDEKS

60

65

45

75

65

80

10

65

Rasionun kaloriliyinin hesablanmasi

Siz aşağıda Müştərinin məqsədlərindən asılı olaraq rasionun optimal kaloriliyinin hesablanması üçün zəruri olan formulları tapacaqsınız.

ƏSAS MÜBADİLƏNİ (ƏM)*-I HESABLAYIRIQ Tanita tərəzisi ilə bilmək olar

Qadınlar : 9,99 × çəki (kq) + 6,26 × boyu (sm) – 4,92 × yaş – 161 Kişilər : 9,99 × çəki (kq) + 6,25 × boyu (sm) – 4,92 × yaş + 5 Nümunə : 9,99 × 64,5 kq + 6,26 × 170 sm – 4,92 × 30 yaş – 161 = 1400 kkal

FƏALLIQ ƏMSALINI (FƏ) MÜƏYYƏNLƏŞDİRİRİK Həftə ərzində məşqlərin sayı 0–1 1–3 3–5

6–7

Gündəlik ağır fiziki əmək

Fəallıq əmsalı

1,2 1,3–1,4 1,5–1,6 1,7–1,8

1,9–2,0

Nümunə: həftədə 2-3 məşq, FƏ = 1,4

RASİONUN KALORİLİYİNİN HESABLANMASI: Əlverişli çəkinin saxlanılması = ОО × FƏ Arıqlama = ОО × FƏ – 15–20% Çəki yığmaq = ОО × FƏ + 15–20%

ÇƏKİNİN AZALDILMASI ÜÇÜN RASİONUN KALORİLİYİNİN HESABLANMASI NÜMUNƏSİ ƏSAS MÜBADİLƏ × FƏALLIQ ƏMSALI = RASİONUN KALORİLİYİ 1400 kkal × 1,4 = 1960 kkal

Rəvan arıqlama (–15%): 1960 – 294 = 1666 kkal Fəal arıqlama : 1400 kkal-a qədər minimal azalma

*Həyat qabiliyyətinin saxlanılması üçün orqanizm üçün gərəkli olan kilokalorilər üzrə əsas maddələr mübadiləsinin miqdarı.

Çəkinin rahat qaydada azaldılması

Müştəri üçün arıqlamanın hansı növünün daha rahat olacağını müəyyənləşdirin: rəvan və ya fəal arıqlama.

RƏVAN QAYDADA ARIQLAMA Gün ərzində 500 kkal-dan az Həftədə 450 q itirmək Ay ərzində 1-3 kq-a qədər çəkinin azaldılması. Çəkinin azaldılması yavaş-yavaş baş verəcək, lakin əldə edilmiş nəticəni saxlamaq asan olacaqdır.

FƏAL ARIQLAMA Gün ərzində 1000 kkal-dan az Həftədə 900 q itirmək

Çəkinin azaldılması prosesini sürətləndirmək üçün qidalnmaya xüsusi BFMQƏ əlavə edin.

MƏSƏLƏN: Gündəlik kalorini 250 kkal-a qədər azaldın, fiziki fəallğı isə 250 kkal-ı yandırana qədər artırın-beləliklə, siz gün ərzində 500 kkal və həftə ərzində 450 q itirəcəksiniz.

#SİZBACARARSINIZ

Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife Nutrition çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər.

Əsas pəhrizlərin növləri:

Söhbət artıq çəkidən gedəndə, insanlar dərhal pəhrizlər barədə düşünürlər, halbuki pəhrizlərin köməyi ilə problemləri heç də hər zaman həll etmək olmur. Axı bu, təkcə qidanın miqdarının deyil, həm də keyfiyyətinin məhdudlaşdırılmasıdır.

1 2 4 3

• Ərzaqların kəskin məhdudlaşdırılması faydalı mikro və makronutriyentlərin çatışmazlığına gətirib çıxarır. • Zülalın miqdarının yüksək olması böyrəklərin işinə mənfi təsir edir.

TƏRKİBINDƏ ZÜLALIN MİQDARI YÜKSƏK OLAN PƏHRİZLƏR

• Orqanizm üçün psixoloji travmadır. • Qida qəbulları arasında həddən artıq uzunmüddətli fasilə səbəbindən MBT-nin işinə mənfi təsir edir.

«6-DAN SONRA YEMƏMƏK» PƏHRİZİ

• Maddələr mübadiləsinin ləngiməsi. • Zülalın və digər nutriyentlərin çatışmazlığı. • Pəhrizin pozulması ilə sona çatır və piy hesabına yenidən çəki artımına gətirib çıxarır.

MƏHDUDLAŞDIRICI PƏHRİZLƏR

• Aclıq hissi və qidalandırıcı maddələrin çatışmazlığı orqanizmi yağları ehtiyat şəklində yığmağa öyrədir. • Adi qida rasionuna keçdikdə, hər şey tez bir zamanda bərpa olunur. • Pəhrizin pozulması və həddən artıq yemək baş verə bilər.

AZ KALORİLİ PƏHRİZLƏR

Plato effekti

Plato effektinə yol verməmək üçün məsləhətlərimiz var:

Tərəzidə rəqəmlər donub qaldıqda və artıq hərəkət etmədikdə, bu, plato effekti adlanır. Plato effekti bir neçə həftədən bir neçə ayadək davam edə bilər. Vəziyyəti dəyişmək üçün səmərəsiz cəhdlərdən sonra motivasiya və davam etmək istəyi itir. Nəticə etibarilə, bu, pəhrizin pozulmasına təhrik edir: qida rasionuna zərərli, yüksək kalorili məhsullar daxil olmağa başlayır, idman zalını ziyarətlər isə getdikcə azalır.

QİDALANMA GÜNDƏLİYİNİ APARMAQ Bu, qəbul edilən kaloriləri hesablamağa kömək edər.

EVDƏN KƏNARDA GEC-GEC ŞAM ETMƏK Restoranda nahar və şam yeməkləri qəbul edilən kalorilərin miqdarını dəqiq qiymətləndirməyə imkan vermir.

DAHA ÇOX MİQDARDA QİDA LİFLƏRİ Həll olan qida lifləri həzm traktında qidanın hərəkətini ləngidir və toxluq hissini daha uzun müddət qoruyub saxlamağa imkan verir.

FİZİKİ FƏALLIĞIN YENİDƏN NƏZƏRDƏN KEÇİRİLMƏSİ Bəzən çəkinin “ölü nöqtə”dən tərpənməsi üçün fiziki hərəkətləri dəyişmək və ya yenisini əlavə etmək lazımdır. Eləcə də məşqlərin intensivliyini 15-30 dəqiqə artırmağa çalışmaq xeyirlidir. HƏR BİR QİDA QƏBULUNDA MEYVƏ VƏ TƏRƏVƏZLƏR Tərəvəzlərin əksəriyyətinin tərkibində kalorilərin miqdarı az, karbohidratların və qida liflərinin miqdarı isə çoxdur. Həmçinin onlar digər faydalı qidalandırıcı maddələrlə zəngindirlər!

PROTEİN KOKTEYLİ Bir neçə qida qəbulunun protein kokteylləri ilə əvəz edilməsi zəruri kalori limiti çərçivəsində qalmağa imkan verəcək.

MOTİVASİYANIN QORUNUB SAXLANMASI Çəkinin azalması — sadəcə kiloqramların itirilməsindən daha böyük bir prosesdir. Bunu yadınızda saxlasanız, məqsədinizə çatmaq üçün uğurunuzu enerji, güc və müsbət əhval müşayiət edəcək.

Çəkinin rahat qaydada azaldılması

Artıq başa düşdüyünüz kimi, çəkinin azaldılması – psixologiya ilə sıx bağlı olan mürəkkəb və çoxtərəfli bir prosesdir. Bu isə o deməkdir ki, hər bir insan üçün bu proses müxtəlif cür keçir. Ona yeni bir nəzər salmaq üçün – vebinara baxın. Axı, hətta nə vaxtsa Siz özünüz bu yolu keçmisinizsə belə, bir çox şeylər Sizə müştəriləriniz üçün ola biləcək qədər vacib görünməyə bilər. Onlara gözlədikləri dəstəyi necə vermək barədə daha çox məlumat əldə edin!

Unutmayın ki, çəkinin azaldılması — bütün bədən üçün ciddi bir işdir. Bu prosesin arxasında təkcə fizioloji deyil, həm də psixoloji baryerlər dayanır! Əgər başda artıq fikirlər varsa, artıq kiloqramlardan xilas olmaq mümkün deyil.

Çəkisini azaldan insan daimi psixoloji gərginlik vəziyyətindədir. O, uğura nail olacağından şübhə edir, uğursuzluqlarının təkrarlanmasından qorxur, güzgüdə öz əksindən utanır və özünü tənha hiss edir. Bütün bu hissləri anlamaq — Sizin üçün ciddi bir işdir! Siz həssaslıq nümayiş etdirməli və öz müştərinizə həqiqətən kömək etməlisiniz.

Protei̇n kokteylləri : icmal

Dadlı və zövqlə balanslaşdırılmış düzgün qidalanmaya keçməyə və arıqlama prosesinə başlamağa Herbalife Nutrition məhsulları kömək edəcəkdir. Əsas məhsullardan biri protein kokteylləridir.

Müştərilərə ümumi mənzərəni təsvir edin: bizim proqramımız kokteylləri təkcə çəkinin azaldılması, çəkiyə nəzarət və çəki artımı üçün üsullardan biri kimi istifadə etmir.

Müştərilər etiraf edə bilərlər ki, Herbalife Nutrition ilə tanış olana qədər artıq protein kokteyllərini sınaqdan keçiriblər — və onların bir xeyri olmayıb. Lakin bu, bir neçə amillə əlaqədar ola bilər, məsələn: • müstəsna olaraq protein kokteyllərinin istifadəsi; • sınaqdan keçirilməmiş xammaldan hazırlanmış keyfiyyətsiz məhsulların seçilməsi; • kokteyllərin qeyri-düzgün istifadəsi və ya hazırlanması; • onlardan istifadə etmək həvəsini tez bir zamanda öldürən xoşagəlməz dad; • balanslaşdırılmış qidalanmanın və fiziki fəallığın olmaması.

Biz kokteylləri elmi cəhətdən işlənib hazırlanmış və əsaslandırılmış qidalanma planına daxil edirik, bu plan zəruri miqdarda zülalın qəbul edilməsini və ümumilikdə balanslaşdırılmış qidalanmanı təmin edir.

Biz, həmçinin qidalanma planını məqsədlərə nail olmağa imkan verən fiziki hərəkətlər proqramı ilə müşayiət edirik.

Qeyd etmək vacibdir ki, Herbalife Nutrition məhsulları elmi laboratoriyalarda bütün dünyadan olan alimlər, həkimlər və ekspertlər tərəfindən yaradılmışdır — bunu asanlıqla yoxlamaq və təsdiqini almaq mümkündür.

Herbalife Nutrition məhsulları digər protein kokteylləri ilə müqayisədə daha bir aşkar üstünlüyə malikdir — Müştərinin həyatında Sizin rəhbər, məsləhətçi və məşqçi qismində iştirakınız.

Və birlikdə, siz mütləq öz məqsədinizə nail olacaqsınız!

*Bədən çəkisinə nəzarət baxımından istənilən fikirlər Herbalife Nutrition şirkətinin Çəkiyə nəzarət proqramına aiddir, bu proqrama digərlərindən əlavə balanslaşdırılmış pəhriz, müntəzəm fiziki hərəkətlər, gündəlik olaraq zəruri miqdarda mayenin qəbulu, zərurət olduqda bioloji fəallığa malik qida əlavələrinin qəbulu və kifayət qədər istirahət daxildir. Bütün nəticələr fərdidir və fərqlənə bilərlər.

Aclıq nəzarət altındadır

Aclığı nəzarət altında saxlamaq üçün məsləhətlərimiz var:

Lakin, balanslaşdırılmış qidalanmanın mümkün müxtəlifliyinə baxmayaraq, bəzən köhnə vərdişlər özünü büruzə verir. Çox zaman əvvəlki çəkiyə qayıtma daima nə ilə isə qəlyanaltı etmək istəyi və ya darıxmaq səbəbindən baş verir. Soyuducunun yanından keçərkən, insan sadəcə “maraqdan” onun içinə baxa və nə isə zərərli bir şey götürə bilər. Bütün bunlar az-az da olsa, çəkiyə öz təsirini göstərir.

HƏR BİR QİDA QƏBULUNU ZÜLALLA ZƏNGİNLƏŞDİRMƏK Zülal aclığa nəzarət edir, buna görə də zülal tərkibli qəlyanaltılara üstünlük vermək lazımdır. Ya da adi xörəklərə Formula 1 protein kokteylini əlavə edərək, onları zülalla zənginləşdirmək olar.

DAHA ÇOX SU İÇMƏK Gündə 8 stəkan su içmək (qida qəbulları arasında) — doyma və toxluq hissinin rəhnidir. Bu, qreypfrut kimi sulu meyvələrə də aiddir.

DAHA ÇOX HƏRƏKƏT ETMƏK Fiziki hərəkətlər aclıq hormonlarını zəiflədə və iştahanı cilovlaya bilər. Yalnız məşqlərdən əvvəl və sonra orqanizmin kifayət qədər qidalanmasına nəzarət etmək lazımdır.

AZ-AZ, LAKİN TEZ-TEZ YEMƏK Hər bir neçə saatdan bir kiçik porsiyalarla yemək qanda şəkərin səviyyəsini sabit saxlamağa, aclıq tutmalarına yol verməməyə kömək edir.

BALANSLAŞDIRILMIŞ ŞƏKİLDƏ QİDALANMAQ Qidalandırıcı maddələrlə zəngin olan məhsulları qəbul etmək insanı daha tez doydurur, eyni zamanda bədəni yaxşı formada saxlayır.

*Maye qəbulu rejimi dəyişdikdə mütəxəssislə məsləhətləşmək lazımdır.

Fiziki fəalliyət

Qidalanma 80% uğurdursa, idman qalan 20%-dir. Orqanizmə təsir baxımından fiziki fəaliyyətin olmamasını pis vərdişlərlə müqayisə edirik.

FƏAL HƏYAT TƏRZİ VƏ İDMANLA MƏŞĞUL OLMAQ:

Əhvalın yaxşılaşdırılması və imunitetin gücləndirilməsi Təzyiqin normallaşdırılması, müxtəlif xəstəliklərə dair risklərin qarşısının alınması Yaşlanma prosesini yavaşladır Əhvalın yaxşılaşdırılması Narahatlığı və stresi azaldır Məşq zamanı sevinc hormonlarının istehsalı Özünə hörmət hissinin artması

Enerjinin yüksəldilməsi və yorğunluğun azaldılması Beyin fəaliyyətinin yaxşılaşdırılması İş qabiliyyətinin yaxşılaşdırılması Yaddaş və diqqətin yaxşılaşdırılması Yaxşı formanın və sağlam çəkinin saxlanması Əzələ kütləsinin böyüməsi Əla qamət Dərinin vəziyyətinin yaxşılaşdırılması

AMERİKA KOLLECİNİN FİZİKİ FƏALİYYƏTLƏ ƏLAQƏDAR TİBBİ İDMAN MÜTƏXƏSSİSLƏRİ AŞAĞIDAKI YANAŞMANI TÖVSİYƏ EDİRLƏR*:

FİZİKİ FƏALİYYƏT ÜÇÜN İSTƏNİLƏN İMKANDAN İSTİFADƏ EDİN:

Liftdən imtina edin, bir müddət sonra pilləkənlərlə qalxın. HƏRƏKƏT EDİN. Tez-tez sürətli addımlarla yeriyin. MƏŞĞUL OLUN SÜRƏTLƏNDİRİN. Herbalife Nutrition Sağlam Həyat Tərzi Klubunda məşğələlərə maksimum qatılın.

2,5–4

2,5

sağlamlığı qorumaq üçün SAAT HƏFTƏDƏ

çəkini qorumaq üçün SAAT HƏFTƏDƏ

3–5

3–7

çəkini azaltdıqdan sonra onu geri qayıtmasının qarşısını almaq üçün SAAT HƏFTƏDƏ

SAAT HƏFTƏDƏ

çəkinin azaldılması üçün

*Fiziki fəaliyyət rejimini dəyişdirməzdən əvvəl mütəxəssislə məsləhətləşmək məsləhətdir.

Çəkinin saxlanmasi: əsaslar

Arıqladıqdan sonra çəkinin sabitləşdirmək üçün sürətli olanlardan çəkinərək, istehlak edilən karbohidrat miqdarını diqqətlə artırın.

Müştərilərin geniş yayılmış daha bir məqsədinə — çəkiyə nəzarətə keçirik. Onu zəmanəti və əsası sadə bərabərlikdir: İSTİFADƏ EDİLƏN KALORİLƏR = SƏRF OLUNAN KALORİLƏR.

Su içməyə davam edin, bu maddələr mübadiləsini 3% sürətləndirə və doyma hissi yarada bilər. Hər yeməkdən 20 dəqiqə əvvəl və 1-1.5 saat sonra bir stəkan su için.

Kifayət qədər yatın, xroniki yuxusuzluq çəki artımının yenidən başlamasına səbəb olur.

Gün ərzində ən azı 45 dəqiqə fiziki məşq edin.

Gündə bir dəfə yemək (səhər yeməyi) qəbulunun Herbalife Nutrition Formula 1 Protein Kokteyli ilə əvəz edilməsi tövsiyə olunur.

Yüngül, cəld, dadlı səhər yeməyi yemək

15 DƏQİQƏ ƏVVƏL OYANMAQ Herbalife Nutrition-dan yüksək zülallı balanslaşdırılmış səhər yeməyi hazırlamaq üçün məhz nə qədər lazımdırsa.

Hər biriniz ən azından həyatınızda bir dəfə, səhər yeməyini ötürərək, tələsik qaçaraq evdən çıxmalı olmusunuz. Lakin bununla insan, vacib qida qəbulunun və məsələn, yaxşı əhval Səhər yeməyinə necə asan və səhər yeməyini ötürmədən necə başlamağa dair bir neçə sadə məsləhətlər var. və səmərəlilik kimi üstünlüyünü itirir.

KOFE VƏ BULKAYA ARXALANMAMAQ Yadda saxlamaq lazımdır ki, zərərli kalorilər və artıq şəkər bel nahiyəsində özünü göstərir.

ƏN KİÇİYİNDƏN BAŞLAMAQ Özünü dərhal tam qidalı porsiyalara öyrəşdirməzdən əvvəl və buna hazır olmadıqda, Səhər yeməyini tədricən sınaqdan keçirmək lazımdır.

ÖZÜNÜZƏ SEVİMLİ YEMƏYİNİZİ YEMƏYƏ İCAZƏ VERMƏK

Qadağalar uzun müddətdə fayda verməyəcəkdir. Əgər səhər yeməyi üçün toyuğun sinə ətindən salat istəyirsinizsə, özünüzə bunu icazə verməlisiniz! Başlıcası odur ki, yemək balanslaşdırılmış olsun və özünüzü dinləyəsiniz.

PROTEİN KOKTEYLİ FORMULA 1-Ə ÜSTÜNLÜK VERMƏK

Bu yüksək kalorili və zərərli səhər yeməyi üçün əla alternativdir, tez doydurur və bir neçə dəqiqəyə hazır olur. Bundan əlavə, kokteyli çıxanda, çox rahat şəkildə “özünüzlə götürə bilərsiniz”.

Aşağıda siz idmançının qida rasionunun tərtib edilməsi üzrə ümumi tövsiyələri tapacaqsınız. Lakin nəzərə almaq lazımdır ki, idmanın növündən və yüklənmənin intensivliyindən asılı olaraq dəyişikliklərə icazə verilir. Əgər məqsəd çəki artırmaq olarsa

İdman növündən asılı olaraq, pəhriz dəyişikliyinə icazə verilir.

Məşqə qədər sutka ərzində: 1 kq ümumi çəkiyə 5-7 q karbohidrat. Bərpa müddəti: ümumi çəkinin 1 kq-a 7-12 q karbohidrat.

60% KARBOHİDRAT

1 kq əzələ kütləsi üçün 1,5-2 q-a qədər protein. Pəhrizdə əzələ kütləsi yığmaq üçün Protein Formula 1 kokteylinin 3 dəfə qəbulu olmalıdır.

25% PROTEİN

İdmançı pəhrizində faydalı Omega-3 poli doymamış yağ turşuları olmalıdır.

15% YAĞ

Məşqə qədər sutka ərzində: 2 litr suya qədər. Başlamadan 3 saat əvvəl: 500 ml su və ya izotonik içki. Başlamadan 10-20 dəqiqə əvvəl:

SU

başqa 250-300 ml su və ya izotonik içki. Məşqdən sonra: ən az 350-400 ml su.

Qidalanma gündəliyi

Müştəriyə deyin ki, keçdiyi yolda onun hər zaman kifayət qədər bilik və məlumatları olacaqdır:

Müştərinin rasionuna daha rahat nəzarət etmək üçün Müstəqil Tərəfdaşlar çox rahat bir alətdən — qidalanma gündəliyindən istifadə edirlər. Onun köməyi ilə Siz öz ekspertizanızı göstərə və məqsədlərinə nail olmaqda müştəriyə kömək edə bilərsiniz.

Müştəri üçün hansı məhsullardan imtina etməyin çətin olduğunu və rasionda hansı məhsulların kifayət qədər olduğunu anlaya bilərsiniz.

Müştərinin şəxsi məqsədləri ilə bağlı qida rasionun balanslaşdırılmasında Məsləhətçiyə kömək edir: onun alınması üçün çatışmayan şeyləri kənarlaşdırır;

Depressiya və pozulmaların səbəblərini anlamağa kömək edir və yemək davranışını vaxtında tənzimləməyə imkan verir;

Gündəliyi birlikdə təhlil edəcəyinizi anlayan Müştəri öz qidalanmasında daha intizamlı olacaqdır.

Bir çox müştərilər üçün gündəliyi çap formasında aparmaq daha rahatdır, lakin Siz gündəliyi Google Docs-da onlayn formada aparmağı da təklif edə bilərsiniz. Gündəliyi elə ayarlayın ki, Sizin ona hər zaman giriş imkanınız olsun. Beləliklə, Siz öz müşahidələrinizi hər zaman qeyd edə bilərsiniz və öz inkişafını müzakirə etmək üçün müştəri şəxsi görüşü gözləməli olmayacaq. Bu, çəkini daha effektiv azaltmağa və ona nəzarət etməyə imkan verir!

Unutmayın ki, gündəliklə birgə və məsuliyyətli iş — daha sürətli nəticələrin və rasionun daha keyfiyyətli fərdiləşdirilməsinin rəhnidir!

Səhvlər üzərində iş

Yeni uğura aparan yolda ən vacibi — səhvlər üzərində işləməkdir! Yalnız bu yolla inkişaf etmək, daha yaxşı olmaq və uğursuzluqlara qalib gəlmək olar. Bir çox müştərilər üçün əvvəllər tərəzidə öz məqsədlərinə nə səbəbdən nail ola bilməmələri sirr olaraq qalır. Kimisində plato effekti baş verib, kimisi pəhrizi necə pozduğunun fərqində olmayıb, kimisi də elə əvvəldən öz orqanizmi üçün düzgün olmayan strategiya seçib. Bütün bunları aydınlaşdırmağa məhz Siz kömək edəcəksiniz! Dəstəyin və fərdi yanaşmanın olmaması — əvvəlki uğursuzluqların ən çox rast gələn səbəblərindən biridir.

Qidalanmanın təhlilindən başlayın.

Müştərinin çəkinin azaldılması və qorunub saxlanması, yaxud çəkinin artırılması üçün ixtisaslaşdırılmış məhsullardan istifadə edib-etmədiyini öyrənin.

Çəkinin nə zaman problem yaratdığını soruşun.

Vəziyyəti dəyişmək üçün müştərinin nələr etdiyini dəqiqləşdirin.

İdeal kokteyllərin konstruktoru

Müştərilərə məlumat verin ki, Herbalife Nutrition kokteylləri ilə qidalanma təkcə balanslaşdırılmış deyil, həm də dadlı və müxtəlif ola bilər! Axı kokteyllərlə hazırlanan reseptlərin sayı çoxdur. Özünüz üçün yeni dad kombinasiyalarını kəşf edərək hər gün eksperiment apara bilərsiniz.

ƏSASI SEÇİN

ŞƏKƏRSİZ BADAM SÜDÜ

· 2 xörək q. Formula 1 proteinli kokteyl · 1 stəkan süd SÜD

SU

SOYA SÜDÜ · 2 xörək q. Formula 1 proteinli kokteyl · 1 stəkan soya südü

· 2 xörək q. Formula 1 proteinli kokteyl · 1 stəkan su

· 2 xörək q. Formula 1 proteinli kokteyl · 1 stəkan şəkərsiz badam südü

24 q zülal* 200 kkal*

17 q zülal* 170 kkal*

17 q zülal* 200 kkal*

26 q zülal* 240 kkal*

3-5 kub buz əlavə edin və kokteylin daha sıx teksturasına nail olmaq üçün daha bir dəqiqə ərzində çalın.

DOLDURUCULARI ƏLAVƏ EDİN

TOXUMLAR VƏ DƏNLİ BİTKİLƏR

ZÜLAL

MƏQSƏDLİ ƏLAVƏLƏR

MEYVƏ VƏ TƏRƏVƏZLƏR

Yulaf ⅓ stəkan 50 kkal Çia toxumları 1 xörək q. 1 qr zülal 60 kkal Kətan toxumu ½ xörək q. 2 qr zülal 50 kkal

Yağsızlaşdırılmış kəsmik 41 qr 8 qr zülal 40 kkal Aşağı yağlı yunan qatıq 120 qr 12 qr zülal 70 kkal Yumşaq tofu pendiri 100 qr 6 qr zülal 65 kkal

Sağlam həzm üçün Aloe bitki içkisi 3 qapaq Enerji üçün Otlu içki 1/2 çay q. 6 kkal

Banan ½ orta ölçü 55 kkal

Çiyələk 1 stəkan 50 kkal

Alma ½ orta ölçü 50 kkal

ƏTİR

Ədviyyatlar Bir çimdik darçın, muskat çevizi, zəncəfil və s. Ekstraktlar Bir neçə damcı vanil,

Yerkökü Doğranmış 100 qr 30 kkal İspanaq yarpaqları 225 qr 10 kkal

nanə, portağal və s. ekstraktı.

*Hesablama “Vanil” dadı üçün götürülmüşdür, məhsulun zülal tərkibi və kalori miqdarı dadına görə dəyişir.

Doğru vərdişlərinizin çek-listi

Gəlin, çəkinin rahatlıqla azaldılması və sağlam həyat tərzi üçün düzgün qidalanma ilə bağlı bütün bilikləri birləşdirək.

ƏLAVƏ ET

AZALTMAQ

2-3 porsiya meyvə 3-5 porsiya tərəvəz

2-3 porsiya protein (balıq, ət, toyuq, yumurta, lobya, qoz-fındıq, soya məhsulları)

Duzdan istifadə

SAĞLAM HƏYAT TƏRZİ VƏ DÜZGÜN QİDALANMA!

Həftədə 5 dəfə 30 dəqiqə orta intensivlikli fiziki fəaliyyət*

Şirniyyat istifadəsi

Yağlı qidaları məhdudlaşdıraraq xolesterin artırmaq

Daha «faydalı» yağlar

Gündə 6-8 stəkan su**

Siqaret çəkmək (ən yaxşısı atmaqdır)

2-3 porsiya süd məhsulları

Bütün taxıl məhsullarının 2-3 porsiyası

*ÜST-ə əsasən. https://www.who.int/ dietphysi-calactivity/publications/9789241599979/ru/. **İçki rejimini dəyişdirərkən mütəxəssislə məsləhətləşmək lazımdır. Mənbə: Məhsul üzrə məlumat kitabçası.

SHT çek-listi

BAZAR ERTƏSİ

Nəticəyə doğru SHT çek-listi

Məqsədlərə nail olmaq üçün sistemləşdirmə və özünə nəzarət çox vacibdir. Bunun üçün bizim daha bir çek-listimiz var, bu siyahı müştərilərin nəticələrini izləməyinizə və işin inkişaf vektorunu düzgün təyin etməyinizə kömək edəcəkdir.

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

Məqsədim budur —

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

Qeydlərinizin daha dəqiq olması üçün bu formanı gün ərzində (günün sonunda deyil) doldurun. TEZ MƏSLƏHƏT

ENERJİ SƏVİYYƏSİ

AŞAĞI

ORTA

YÜKSƏK

ÇƏRŞƏNBƏ

ÇƏRŞƏNBƏ AXŞAMI

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

ENERJİ SƏVİYYƏSİ

ENERJİ SƏVİYYƏSİ

AŞAĞI

ORTA

YÜKSƏK

AŞAĞI

ORTA

YÜKSƏK

SHT çek-listi

CÜMƏ AXŞAMI

CÜMƏ

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

ENERJİ SƏVİYYƏSİ

ENERJİ SƏVİYYƏSİ

AŞAĞI

ORTA

YÜKSƏK

AŞAĞI

ORTA

YÜKSƏK

ŞƏNBƏ

BAZAR

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

KOKTEYLLƏR G Ü ND Ə 1 - 2 ƏSAS QİDA QƏBULLARI G Ü ND Ə 1 - 2

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

ZÜLALLI QƏLYANALTILAR G Ü ND Ə 1 - 3

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

SU GÜNDƏ 8 STƏKAN FİZİKİ FƏALİYYƏT GÜNDƏ 30 DƏQİQƏ ƏN AZI HƏFTƏDƏ 5 DƏFƏ

ENERJİ SƏVİYYƏSİ

ENERJİ SƏVİYYƏSİ

AŞAĞI

ORTA

YÜKSƏK

AŞAĞI

ORTA

YÜKSƏK

Made with FlippingBook Publishing Software