HBL_Cocktail recipe_AZ

Эта интерактивная публикация создана при помощи FlippingBook, сервиса для удобного представления PDF-файлов онлайн. Больше никаких загрузок и ожидания — просто откройте и читайте!

KOK T E Y L L ƏR V Ə İ Ç K İ L ƏR

QƏHVƏ FASİLƏSİ

Daxili batareykanın enerji ilə doldurulmasına ehtiyac olduğunu hiss edirsiniz? «Qəhvə fasiləsi» etmək vaxtıdır! Qidalandırıcı kokteyl canlandırıcı dadı ilə uzun müddətə aclığı unutmağa kömək edəcək və yeni qələbələr üçün güc verəcəkdir. Əla əhval-ruhiyyə təmin edilmişdir!

Resept Formula 1 Şokolad — 5 ölçü q. Soya və ya yulaf südü — 200 ml Su — 100 ml Həll olunan qəhvə — 1/4 ölçü q. Buz — 3 kub

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

345,4

32,8 qr

9,8 qr

20 qr

ÇİYƏLƏK ŞOKOLADDA Yay qayğısızlıqlarla nəfəs alır və çiyələk ətri verir! Bu isti günlərə baş vurmaqda şirin və təravətləndirici «Çiyələk şokoladda» protein kokteyli kömək edəcəkdir. İrəli, yeni güclə günəşə doğru!

Resept

Formula 1 Şokolad — 1 ölçü q. Formula 1 Vanil — 1 ölçü q. Su — 300 ml Dondurulmuş çiyələk — 2-3 xörək q.

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

113,2

10,2 qr

2,4 qr

9 qr

ALBALI CƏNNƏTİ

Gözlərinizi yumun və zərif vanilin bürüdüyü albalının şirəli dadını təsəvvür edin. Təsəvvür etdiniz? İndi isə dadına baxın! «Albalı cənnəti» proteinli kokteyli sizi laqeyd qoymayacaqdır!

Resept Formula 1 Vanil — 2 ölçü q. Formula 1 Şokolad — 2 ölçü q. Su — 400 ml Dondurulmuş albalı — bir ovuc (50 qr) Buz — 3 kub

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

211,4

19,9 qr

4,6 qr

16,2 qr

DOYUMLU LOPALAR Aclığı düşünməyə heç vaxtınız yoxdursa — «Doyumlu lopalar» kokteylini hazırlayın. Yulaf lopaları ilə Formula 1 qidalandırıcı uyğunluğu uzun müddət yemək barədə düşünməməyə kömək edəcəkdir. Nanəli vanilin zərif və təzə dadı öz orijinallığı və ətri ilə fəth edəcəkdir!

Resept

Formula 1 Şokolad — 2 ölçü q. Formula 1 Vanil — 2 ölçü q. Su — 300 ml Yulaf lopaları — 1 xörək q. Nanə — 1 budaq

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

261

22,1 qr

5,8 qr

24,8 qr

RİO Karnaval — qeyri-adi rəng bayramıdır! Orada hər şey, rəngdən-rəngə çalaraq, rəngarəng olur və qığılcım saçır. «Rio» qidalandırıcı protein kokteylində hər şey eynidir, lakin rənglə yox, dadla! Vanil, fındıq və çaytikanı ətirlərinin bir içkidə birləşməsinin dadına baxın!

Resept

Formula 1 Vanil — 3 ölçü q. Formula 1 Fındıq — 3 ölçü q. Su — 300 ml Dondurulmuş çaytikanı — 100 qr

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

358,8

29,5 qr

11,2 qr

26,7 qr

Axşam saatlarında doyumlu və dadlı bir şey istəyirsən. «Çəhrayı kətan» qidalı içki kimi! Onun içində kokteylin zərif dadı sulu pomidor və kətan toxumları ilə uyğunlaşır. Həddindən artıq yeməyin qarşısını almaqda kömək edəcək əla şam yeməyi seçimi! ÇƏHRAYI KƏTAN

Resept Formula 1 Vanil — 3 ölçü q. Tomat şorbası — 1 ölçü q. Su — 200 ml Kətan toxumu — 0,5 qr

Yarım pomidor kokteyl üçün və yarım pomidor bəzək üçün çırpın.

Bütün inqrediyentləri qarışdırmaq. Stəkana boşaltmaq. Çubuq əlavə etmək.

zülal

yağ

karbohidratlar

kkal

196,1

17,7 qr

3,7 qr

18,8 qr

QIZILGÜL ŞƏRBƏTİ Heç bir şeylə müqayisə olunmayacaq və qarışdırılmayacaq zövqlər var. Onlar istənilən yeməyə unikal incəliklər verir. Bunu qızılgül suyu barədə əminlikdə söyləmək olar! Protein və vitaminlərlə zəngin olan incə bir kokteyl hazırlayın və buna özünüz əmin olun!

Resept

Formula 1 Vanil — 3 ölçü q. Su — 250 ml Qızılgül suyu — 3 çay q. (15 qr)

İnqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiya əldə edilənədək qarışdırmaq. Stəkanı qızılgül ləçəkləri ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

138,4

14 qr

2,9 qr

10,5 qr

KOKOS HƏZZİ

Bu kokteyl nəyə bənzəyir? Tropik cəngəlliklər üçündə şəlaləyə tullanmaya! Axı bu doyumlu içkidə kokos, banan, şokolad və portağalın ətirlərini tapacaqsınız!

Resept

Formula 1 Şokolad — 3 ölçü q. Süd (1.5%) — 250 ml Kokos yonqarı (toz) — 1 xörək q. Banan — 1/4 əd. (28 qr) Qurudulmuş portağal qabığı — 1 çay q. Müsli — 1 çay q.

Bananı xırda doğramaq və blenderdə südlə qarışdırmaq. Qalan inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl kokos yonqarı ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

362,7

24,4 qr

14,2 qr

27,8 qr

Klassika həmişə uduşlu variantdır. Zərif ətirli bərpaedici kokteyl sizi təmiz və xoş bir dadla sevindirəcək və lazımi miqdarda zülalla yerini doldurmağa kömək edəcəkdir. QARPIZ KLASSİKASI

Resept

Formula 1 Vanil — 3 ölçü q. Süd (1.5%) — 250 ml Kəsmikli pendir — 1.5 xörək q. (30 qr) Laym (şirə) — 3-4 damcı

Qarpız — 100 qr Nanə — 4 yarpaq

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl nanə yarpaqları ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

298,6

25,6 qr

7,4 qr

28,9 qr

Qeyri-adi ahəngləri olan qəhvə sevirsiz? Onda «Qəhvə ekzotikası» kokteylini mütləq bəyənəcəksiniz. Onun qəhvə və şokolad ətri yenidən açılaraq bir-birini tamamlayır. Bu cür balanslaşdırılmış canlandırıcı içki ilə günün qalan hissəsi üçün kifayət qədər gücünüz və enerjiniz olacaqdır! QƏHVƏ EKZOTİKASI

Resept

Formula 1 Şokolad — 3 ölçü q. Soya südü — 250 ml Həll olunan qəhvə — 1 xörək q. Xırdalanmış darçın — 1 çay q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

278,9

22,7 qr

6 qr

25,2 qr

FINDIQLI SÜRPRİZ

Balanslaşdırılmış səhər yeməyi yaxşı əhval-ruhiyyənin və məhsuldar günün təminatıdır. Formula 1 kokteylinin aydın-açıq ləzzətini yulaf lopası ilə qarışdırın və nahar vaxtına qədər əla əhval-ruhiyyədən zövq alın!

Resept Formula 1 Fındıq — 3 ölçü q. Süd (1.5%) — 200 ml Yaşıl çay (soyuq, dəmlənmiş) — 1 stəkan Giləmeyvələr — 8 əd. Yulaf kəpəyi — 2 xörək q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl giləmeyvələrlə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

294,8

23,6 qr

7,4 qr

29,7 qr

«Armudlu dondurma» kokteylinin dadına baxın. Armudla Formula 1-in ahəngi uzun müddət yeməyi xatır. Zərif və xoş vanil dadı isə öz orijinallığı və ətri ilə fəth edəcəkdir! ARMUDLU DONDURMA

Resept Formula 1 Vanil — 3 ölçü q. Aşağı yağlılıqda soya südü — 300 ml Armud — 160 qr Darçın — bir çimdik

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

339,8

19,8 qr

5,3 qr

48,7 qr

Ekzotik dadı necə daha orijinal və təkrarolunmaz etmək olar? Zəncəfil sayəsində Formula 1-in sevilən vanil dadı zülal ilə zənginləşdirilmiş. «Zəncəfil təravəti» kokteylində yeni rənglərlə oynamağa başlayır. Dadına baxın! ZƏNCƏFİL TƏRAVƏTİ

Resept Formula 1 Vanil — 3 ölçü q.

Təbii meyvə şirəsi (Miks) — 250 ml Sürtülmüş təzə zəncəfil — bir çimdik Meşə fındığı — 6 əd. Nanə — 3 yarpaq

İnqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Xidmət stəkanını təzə nanə yarpaqları ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

331

17 qr

11,9 qr

36,7 qr

Günün sonunda özünüzə yeni ahənglə bir az dincəlməyə icazə verin. Portağal notu ilə Formula 1 şokolad. Doyumlu və sakitləşdirici «Yoqurt fantaziyası» içkisi — balanslaşdırılmış gözəl bir şam yeməyi üçün əla seçimdir! YOQURT FANTAZİYASI

Resept Formula 1 Şokolad — 3 ölçü q. Su — 200 ml

Yoqurt — 3 xörək q. Yulaf — 1 xörək q. Qurudulmuş portağal qabığı — 1 çay q. Kişmiş — 8 əd.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl qurudulmuş portağal qabığı ilə bəzəmək olar

zülal

yağ

karbohidratlar

kkal

256

19,6 qr

6,5 qr

24,5 qr

ALBALI GECƏSİ

Axşamı dostlarla birlikdə keçirmək həmişə yaxşı ideyadır. Xüsusilə onu «Albalı axşamı» proteinli kokteyllə keçirdikdə. O heç kəsi laqeyd qoymayacaqdır

Resept Formula 1 Vanil — 3 ölçü q. Albalı kompotu — 250 ml Fısdıq (təmizlənmiş) — 12 qr

Albalı kompotu üçün inqrediyentlər Albalı (təzə və ya dondurulmuş) — 1 kasa Su — 1 l

Bir kasa albalını 1 litr suda qaynadın və soyudun.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl xırdalanmış fısdıqla bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

239

17,6 qr

8,5 qr

17,4 qr

YAŞIL HƏZZ

Əgər növbəti qida qəbulunun tezliklə olmayacağını bilirsinizsə, orqanizmin kifayət qədər qida maddələrini qəbul etdiyinə və aclığın sizi vacib şeylərdən yayındırmayacağına əmin olmalısınız. Zülalla zənginləşdirilmiş «Yaşıl həzz» kokteyli buna kömək olacaqdır!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Kivi (təmizlənmiş) — 1 əd. Ananas — 2 dilim İspanaq yarpaqları — 4 əd.

Kivi və ananası xırda doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

298,7

21,9 qr

7,1 qr

32,9 qr

Alma və vanil ahəngi ən sehrli və rahat ahənglərdən biridir. O, həm erkən payızın istiliyini, həm ev piroqunun ətrini, həm də şən görüşlərin və hadisələrin gözlənilməsini ehtiva edir. Əgər ona təzə limon dilimləri əlavə edilərsə zülalla zənginləşdirilmiş «Alma-limon şeyki» kokteyli alınacaqdır! ALMA-LİMON ŞEYKİ

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Alma — 1/2 hissə Limon şirəsi — 4 xörək q. Zəncəfil (sürtülmüş) — 1 xörək q. (15 qr)

Almanı xırda doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

310,8

22,3 qr

7,2 qr

34,8 qr

YERKÖKÜ PİROQU

Şəhər kənarında keçirilmiş axşamlar barədə xatirələrə istilik və rahatlıq hopmuşdur. Eynilə amin turşuları ilə zənginləşdirilmiş «Yerkökü piroqu» kokteyli kimi! Onun tərkibində olan darçın ətri qısa müddətə şəhərətrafı həyatın yumşaq rahatlığına qapılmağa kömək edəcəkdir. Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Yerkökü (buxarda hazırlanmış və xırda doğranmış) — 1 əd. Kərəli pendir (yağsız) — 1 xörək q. Kişmiş — 8 əd. Qoz — 1 əd.

Darçın — 1 çay q. (5 qr) Kokos unu — 1 çay q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

411,6

25,9 qr

16,7 qr

38 qr

KRAL ŞƏRBƏTİ

Qeyri-adi kokteylləri xoşlayırsınız? Onda «Kral şərbəti» kokteylini mütləq bəyənəcəksiniz. Doyumlu və eyni zamanda sakitləşdirici kokteyl balanslaşdırılmış ləzzətli şam yeməyi üçün əla variantdir!

Resept Formula 1 Vanil — 3 ölçü q. Şərbət — 250 ml Qara tut — 8-10 əd. Badam — 8 əd. Darçın — 1/2 çay q. Şərbət üçün inqrediyentlər Qara gavalı (qurudulmuş) — 8 əd. Kişmiş — bir ovuc (5 qr) Su — 1 l

Qara gavalını üzümlə birlikdə 1 litr suda qaynatmaq və soyutmaq.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

276,8

17,4 qr

12,2 qr

22,3 qr

STƏKANDAKI YAY

Bəzən gündəlik işlərlə və qayğılarla o qədər qaçırsan ki, yorğunluqdan yalnız bir qurtum təzə və təravətli bir şey xilas edə bilər. «Stəkandakı yay» balanslaşdırılmış kokteyli özünə gəlməyə və gücünü bərpa etməyə kömək edəcəkdir. Sadəcə olaraq, fasilə edin və onun təravətləndirici dadından həzz alın!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Alma — 1/8 hissə (20 qr) Armud — 1/8 hissə (20 qr) Ananas — 1/4 hissə (20 qr) Ərik — 1 əd. (20 qr) Yemiş — 1 xörək q. (20 qr) Qoz — 1 əd. Darçın — 1/2 çay q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

329,3

22,5 qr

10,4 qr

33,8 qr

LAKOMKA

Bəzən, dözülməz halda dadlı bir şey istəyirsiniz. Xüsusi olaraq belə hallar üçün «Lakomka» kokteylinin resepti var! O, şokolad sevərlər üçün əsl bayrama çevriləcəkdir. Həm də tərkibindəki yüksək zülala görə onunla siz uzun müddət aclıq barədə düşünməyəcəksiniz.

Resept Formula 1 Şokolad — 3 ölçü q. Soya və ya yulaf südü — 250 ml Fısdıq yağı toz — 1 xörək q. (15 qr) Qurudulmuş portağal qabığı — 1 çay q. (5 qr) Laym — 3 damcı

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl qurudulmuş portağal qabığı ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

386

22,2 qr

22,4 qr

17,3 qr

QIRMIZI SEVGİSİ

Zövqlə və orqanizm üçün faydalı şəkildə necə qəlyanaltı etməli? «Qırmızı sevgisi» ətirli qidalı kokteyl hazırlamaq. Qarpızın, moruq meyvəsinin, böyürtkənin və albalının inanılmaz ahəngi sizin məmnunluqdan gözlərinizi yummağa vadar edəcəkdir!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml

Albalı (təzə və ya dondurulmuş) — 3 əd. (10 qr) Böyürtkən (təzə və ya dondurulmuş) — 3 əd. (10 qr) Moruq (təzə və ya dondurulmuş) — 3 əd. (10 qr) Qarpız — 1/2 dilim (50 qr) Nanə — 4 yarpaq

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl qurudulmuş portağal qabığı ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

275,8

21,8 qr

6,8 qr

27,9 qr

ALMA PİROQU

Alma piroqu yəqin ki, dünyada ən sevimli piroqdur. Sanki rahatlıq və mehribanlıq ətri verir. Bizim qidalı kokteylimiz kimi. Nuş olsun!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Alma (yaşıl, soyulmuş) — 1 əd. Darçın — 1 çay q. Kokos lopaları (toz) — 1 çay q. Qərənfil — 2 əd.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

355,3

22,8 qr

8,4 qr

42,8 qr

ƏFSANƏVİ FINDIQ

Axşamlar nəsə doyumlu və dadlı bir şey istəyirsən. «Əfsanəvi fındıq» qidalı içkisi kimi! Həddindən artıq yeməyin qarşısını almaq üçün əla şam yeməyi seçimi!

Resept Formula 1 Fındıq — 3 ölçü q. Süd (1,5%) — 200 ml Avokado (doğranmış) — 20 qr Yerkökü (təzə, sürtülmüş) — 40 qr

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

303,6

22,2 qr

10,7 qr

26,2 qr

Parlaq təəssüratlar istəyirsənsə, qidalı «Təzə əhval-ruhiyyə» kokteyli hazırlamağın vaxtı gəlmişdir! Onun içindəki təravətli laym əsl qastronomik simfoniya yaradaraq, ətirli vanillə uyğunlaşır. Dadına baxın! TƏZƏ ƏHVAL-RUHİYYƏ

Resept Formula 1 Vanil — 3 ölçü q. Mineral su (soyuq) — 250 ml Alma (yaşıl) — 1/4 hissə (40 qr) Xiyar (sürtülmüş) — 1 xörək q. (20 qr) Laym (şirə) — 4 damcı Nanə — 6 yarpaq

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl nanə yarpaqları ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

163,3

14,6 qr

3,1 qr

15,6 qr

BADAMLI ŞAFTALI

Şirəli şaftalı və badam ətri ilə birləşdirilmiş şirin vanil. «Badamlı şaftalı» dadlı kokteylindən yaxşı nə ola bilər! Sağlam bədən üçün faydalı olan sevimli daddan zövq alın.

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Şaftalı — 150 qr Badam ekstraktı — 1/4 çay q. Zəncəfil — 5 qr

Şaftalı və zəncəfili doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

321,4

22,4 qr

6,9 qr

40 qr

QIRMIZI MƏXMƏR

Vanil və çiyələk ətirli kərə pendirinin zərif notlarından həzz almaq istəyirsiniz. «Qırmızı məxmər» qidalandırıcı kokteylinin dadına baxın!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Çiyələk — 75 qr Çuğundur — 50 qr Kərəli pendir (yağsız) — 2 xörək q. (40 qr)

Çiyələyi doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl çiyələk tikələri ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

419,9

26 qr

18,2 qr

33,4 qr

Manqo istənilən kokteyl üçün əla bir əlavədir. Belə kokteyl hər kəsin zövqünə uyğun olacaqdır. Özünüzü və yaxınlarıızı sevindirin! MANQO TROPİKLƏRİ

Resept Formula 1 Vanil — 3 ölçü q. Aşağı yağlılıqda soya südü — 300 ml Banan — 55 qr Manqo — 100 qr Kətan toxumu — 5 qr

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

413,3

21,3 qr

7,2 qr

54,6 qr

İdman, əla əhval-ruhiyyə toplamaq və vücudunuzu yaxşı vəziyyətdə saxlamaq üçün əla üsuldur! «Ədviyyatlı günəş» qidalandırıcı kokteyli isə sizə yeni zirvələri fəth etməyə kömək edəcəkdir. Tərkibində tam dəyərli zülal var. Yeni nailiyyətlərə doğru irəli! ƏDVİYYATLI GÜNƏŞ Resept Formula 1 Vanil — 3 ölçü q. Otlu içki klassik dad — 1/2 çay q. Süd (1,5%) — 250 ml Banan (kiçik) — 1 əd. (110 qr) Ədviyyat qarışığı (darçın, yonca, ağ bibər, hil) — 1/2 çay q.

Bananı doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

365,3

22,9 qr

7 qr

49,4 qr

HƏZZ

Elə indi dənizə baş vurmaq istəyirsiniz? «Həzz» qidalandırıcı protein kokteylinin dad dənizinə! Avokadonun vanil ağız dadı ilə birləşməsi — bu elə indi evdən çıxmadan ekzotik adaya kiçik bir səyahətdir!

Resept Formula 1 Vanil — 3 ölçü q. Aşağı yağlılıqda soya südü — 250 ml

İspanaq — 50 qr Avokado — 50 qr Vanil — 10 qr

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

391,6

20,9 qr

14,6 qr

31,7 qr

NANƏLİ NAR

«Nanəli nar» balanslaşdırılmış protein kokteylinin dadına baxın. Onun içində ağız qamaşdırıcı təzə nanə ətri ağız qamaşdırıcı nar və şokoladla ahəng yaradır. Qeyri-adilik sevənlər üçün!

Resept Formula 1 Şokolad — 3 ölçü q.

Süd (1,5%) — 250 ml Nar şirəsi — 100 ml Nanə — 4 yarpaq

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl nanə yarpaqları ilə bəzəmək olar.

zülal

yağ

karbohidratlar

kkal

315,6

22,6 qr

7,4 qr

31,7 qr

ÇİYƏLƏKLİ ŞEYK

Tətil hələ gecdirsə, tropik cənnət xəyalları isə artıq rahatlıq vermirsə — onu birbaşa evinizdə yaradın! «Çiyələkli şeyk» kokteylini hazırlayın. Kivi, portağal və çiyələyin ekzotik notlarının ahəngi sizi sakit bir atmosferə qərq edəcəkdir. İçkinin qidalanma xüsusiyyətləri isə hələ uzun müddət aclıq hissinə diqqət ayırmamağa kömək edəcəkdir!

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Çiyələk (dondurulmuş) — 75 qr Kivi (dəymiş) — 1 əd. Portağal — 1/2 hissə (65 qr)

Portağal və kivini doğramaq.Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl kivi tikələri ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

326,6

22,7 qr

7,4 qr

38,3 qr

ƏTİRLİ AXŞAM

Orqanizmə istirahət lazım olduğunu düşünürsünüzsə, «Ətirli axşam» faydalı kokteylini hazırlayın. Onun tərkibində immuniteti möhkəmləndirməyə kömək edəcək və orqanizmə uzunmüddətli toxluq bəxş edəcək komponentlər var.

Resept Formula 1 Şokolad — 3 ölçü q. Süd (1,5%) — 200 ml Yaşıl çay — 1 stəkan (200 ml)

Yulaf — 2 xörək q. Darçın — 1/2 çay q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək

zülal

yağ

karbohidratlar

kkal

401,2

27,1 qr

10,4 qr

46,2 qr

Şokoladın dadlı badamla ahəngi xoşunuza gəlir? Belə bir ideal duet həm də çox doyumlu olur. Əgər ona çiyələk əlavə edilərsə, zülalla zəngin olan «Qidalandırıcı zəriflik» zərif kokteyli alınacaqdır. QİDALANDIRICI ZƏRİFLİK

Resept Formula 1 Şokolad — 3 ölçü q.

Süd (1,5%) — 200 ml Çiyələk — 4 əd. (28 qr)

Yerkökü (sürtülmüş) — 2 xörək q. (40 qr) Badam (doğranmış) — 1 xörək q. (15 qr)

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl badamla bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

370,7

25,7 qr

16,2 qr

24,2 qr

Əgər siz almanı həqiqətən xoşlayırsınızsa, onda «Almalı xəyallar» protein kokteylini mütləq bəyənəcəksiniz! İçindəki vanil, patoka və zərif alma ətirləri yeni dad sərhədlərini açaraq bir-birini tamamlayır. ALMALI XƏYALLAR

Resept Formula 1 Vanil — 3 ölçü q. Alma kompotu — 250 ml Patoka — 2 çay q. Kompot üçün inqrediyentlər Alma — 2 əd. Su — 1 l

Kub şəklində doğranmış 2 soyulmamış şirin almanı bir litr suda qaynatmaq və soyutmaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

205,6

14,3 qr

3,2 qr

26,1 qr

BALQABAQLI ŞEYK

Tez bir şam yeməyi? Asandır! «Balqabaqlı şeyk» kokteylinin resepti ilə. Doyumlu və dadlıdır, o axşam menyusunu müxtəlifləşdirməyə kömək edəcəkdir.

Resept Formula 1 Vanil — 3 ölçü q. Süd (1,5%) — 250 ml Balqabaq (bişirilmiş) — 100 qr Banan (kiçik) — 1 əd. (110qr) Darçın — 1 çay q.

Bananı doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl darçınla bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

393,9

24,1 qr

7,4 qr

57,9 qr

Dadlı və orqanizm üçün faydalı qəlyanaltı necə olmalıdır? «Badam əhval-ruhiyyəsi» ətirli qidalandırıcı kokteyl hazırlamaq. Onun tərkibində orqanizmin fəaliyyətinə müsbət təsir göstərən komponentlər var. Badam, alma və vanil dadlarının qeyri-adi ahəngi isə sizə ləzzətdən gözlərinizi yummağa məcbur edəcəkdir! BADAM ƏHVAL-RUHİYYƏSİ

Resept Formula 1 Vanil — 3 ölçü q. Alma şirəsi — 300 ml İspanaq — 250 qr Cəfəri — 15 qr Avokadı (dəymiş) — 1 əd. (40 qr) Badam — 5 qr Zəncəfil — 5 qr Laym şirəsi — 2 damcı (40 qr) Cəfəri, kərəviz — bəzənilməsi üçün

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl cəfəri və kərəvizlə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

413,4

19,1 qr

15,3 qr

49,3 qr

MORUQLU QÜRUB

İnanılmaz bir qürub zamanını xəyal edin. Buludlar moruq rəngində çalarlara boyanır, batan günəşin şüaları isə evinizi incəliklə qucaqlayır. Bu kimi anlar sizi heyrətləndirici bir şey yaratmağa ruhlandırır. «Moruqlu qürub» kokteyli kimi! Zülalın bütün faydalarını gözəl bir giləmeyvə ətri ilə birləşdirir.

Resept Formula 1 Vanil — 4 ölçü q. Soya südü (yağsız) — 250 ml Yoqurt (yağsız) — 75 qr Böyürtkən — 50 qr Moruq — 50 qr Limon şirəsi — 20 qr

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

393,8

26,4 qr

5,8 qr

50,2 qr

ŞİRİN ANANAS

Ananas xoşlayırsınız? Onda «Şirin ananas» kokteylinin zəngin dadı sizi sevindirəcəkdir. Vanilli və ətirli!

Resept Formula 1 Vanil — 3 ölçü q. Kokos südü — 200 ml Ananas (soyuq) — 20 qr Sarıkök — 1 çay q.

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

338,6

18,8 qr

5,2 qr

47,4 qr

KOKOS SÜDÜ

Özünüzü çubuqlu kokosla çimərlikdə təsəvvür edin. İçkinin yüngül, yumşaq dadı sizi təravətləndirir və şirin xəyallar dünyasına qərq edir. Bütün bunları və daha çoxunu «Kokos südü» qidalandırıcı kokteylində tapa bilərsiniz! Zərif və eyni zamanda doyumludur, sanki xəyalpərəstlər üçün yaradılmışdır!

Resept Formula 1 Vanil — 3 ölçü q. Kokos südü — 200 ml

Manqo — 50 qr Buz — 3-5 kub

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

257,9

17,6 qr

4,3 qr

29,1 qr

ƏDVİYYATLI PAYIZ

İstənilən havada öz müsbətlərini tapmaq olar. Axı qar olmadan sehrli əhval-ruhiyyə və yağışsız göy qurşağı olmazdı! Ancaq bütün bunlardan tam zövq almaq üçün güclü immunitetə və yaxşı sağlamlığa ehtiyacınız var. Ətirli balanslaşdırılmış «Ədviyyatlı payız» kokteyli buna kömək edəcəkdir!

Resept Formula 1 Vanil — 3 ölçü q. Su — 250 ml

Balqabaq (qaynadılmış) — 1/2 stəkan (100 qr) Gavalı (qurudulmuş) — 1/2 stəkan (100 qr) Ədviyyatlar (ceviz, darçın, mixək) — zövqə görə

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

397,4

17,6 qr

3,9 qr

75,7 qr

ÜZÜM ZOĞU

Bəzən gündəlik işlərdə və qayğılarla o qədər əldən düşürsən ki, yalnız təzə və sərinləndirici bir qurtum yorğunluqdan xilas edə bilər. «Üzüm zoğu» balanslaşdırılmış kokteyli özünə gəlməyə və gücünü bərpa etməyə kömək edəcəkdir. Sadəcə fasilə edin və onun təravətləndirici dadından zövq alın!

Resept Formula 1 Vanil — 3 ölçü q. Su — 50 ml Üzüm şirəsi — 100 ml Buz — 3-5 kub Nanə — zövqə görə

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl nanə ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

194,8

14,5 qr

2,9 qr

24,9 qr

FAYDALI MİKS

Əgər təravət zövqünüzə uyğundursa — «Faydalı miks» qidalandırıcı kokteyl hazırlayın. Zülalla zəngin olması yeməkdən dadlı və faydalı zövq almağa kömək edəcəkdir. Limon şirəsi isə gümrahlanmağınıza kömək edəcəkdir. Yeni sərgüzəştlərə doğru irəli!

Resept Formula 1 Vanil — 3 ölçü q. Su — 100 ml Xiyar — 1 əd. Cəfəri — 1 budaq (5 qr) Limon şirəsi — 1/4 əd (5 ml) Kərəviz — 2 budaq (5 qr) Buz — 2 kub

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl nanə ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

158,5

15,1 qr

3 qr

14,2 qr

NƏFİS LİMON

İncə nəfis zövqü qiymətləndirirsiniz? «Nəfis limon» balanslaşdırılmış protein kokteylinin dadına baxın. Onun təzə limon ətri vanillə birləşir.

Resept Formula 1 Vanil — 5 ölçü q. Su — 200 ml Limon şirəsi — 2 çay q. (10 ml)

Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq.

zülal

yağ

karbohidratlar

kkal

232,4

23,5 qr

4,9 qr

17,9 qr

KÜNCÜTLÜ ŞEYK

Qarşıda dolu bir gün var? Bütün planlar üçün kifayət edəcək qədər güc və enerjiyə sahib olduğundan əmin olmağına dəyər! Buna «Küncütlü şeyk» protein içkisi kömək edəcəkdir.

Resept Formula 1 Vanil — 3 ölçü q. Soya və ya yağsız süd — 200 ml Banan — 1/2 (55 qr) Küncüt (qara) — 1 çay q. (5 qr) Buz — 3-5 kub

Bananı doğramaq. Bütün inqrediyentləri blenderə əlavə etmək və arzu olunan konsistensiyaya qədər qarışdırmaq. Süfrəyə vermədən əvvəl küncütlə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

304,8

19,2 qr

6,6 qr

35,9 qr

Həmişə sağlam və gümrah qalmaq üçün — «Tropik sahil küləyi» içkisini hazırlayın. O, susuzluğun qarşısını çox gözəl alır. TROPİK SAHİL KÜLƏYİ

Resept Aloe bitki içkisi — 15 ml Su — 200 ml Dondurulmuş quşüzümü — 10 qr Nanə — 3-4 yarpaq (3 qr) Laym (dilimlər) — 3-4 əd. (20 qr) Buz — zövqə görə

Bokala quşüzümü və laym əlavə etmək, əzmək. Aloe bitki içkisini əlavə etmək, üzərinə su tökmək

zülal

yağ

karbohidratlar

kkal

11,3

0,4 qr

0,1 qr

2 qr

ÇAY SONATASI

Yaxşı əhval-ruhiyyə ilə ətrafınızdakı dünya parlaq rənglərlə oynayır və yeni kəşflərlə başdan çıxarır! Həmişə diqqət mərkəzində qalın — «Çay sonatası» içkisi için. Onun içində sağlamlığınız üçün ədviyyat, albalı, aloenin bütün faydaları var!

Resept Aloe bitki içkisi — 15 ml Otlu içki — 1/2 çay q. Su — 200 ml Albalı (dondurulmuş) — 15 qr

Darçın — 1 çubuq Mixək — 3-5 əd. Nanə — 3-4 yarpaq Alma (dilimlər) — 30 qr

Otlu içkini isti suda həll etmək. Albalı əlavə etmək, əzmək. Qalan inqrediyentləri əlavə etmək, soyutmaq. Ağız dadına görə bal əlavə etmək olar.

zülal

yağ

karbohidratlar

kkal

63,9

1,1 qr

0,8 qr

15,2 qr

TƏRAVƏT

Təravətləndirici içkinin yeni canlandırıcı versiyasının dadına baxın! Burada laymın parlaq notları aloenin yumşaq faydası ilə birləşir. Həm də bütün bunlar bir stəkanda!

Resept Aloe bitki içkisi — 15 ml Su — 150 ml Kərəviz şirəsi — 30 ml Xiyar (dilimləri) — 40 qr Laym şirəsi — 10 ml Buz (qırıntı) — 100 qr

Xiyarı yonqar formasında doğramaq. Blenderin stəkanına doğranmış kərəviz qoymaq, üzərinə su əlavə etmək, blenderdə qarışdırmaq. Ələkdən keçirmək. Xiyardan başqa qalan inqrediyentləri şeykerdə qarışdırmaq. Stəkana boşaltmaq, xiyardan hazırlanmış yonqarla bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

21,8

0,6 qr

0,2 qr

3,8 qr

YAY YAĞIŞI

Sabahiniz xeyir — bu gümrah səhərdir! Faydalı komponentlərlə zəngin olan «Yay yağışı» hazırlayın. O həzm proseslərini düzgün işə salmağa kömək edəcəkdir və yeni zirvələrin əldə eilməsi üçün güc verəcəkdir!

Resept Aloe bitki içkisi — 15 ml Su — 100 ml Ananas şirəsi — 100 ml Laym dilimləri — 3 əd. (20 qr) Zəncəfil — 0,5 sm (5 qr) Manqo — 30 qr

Manqonu kub şəklində doğramaq, stəkana qoymaq. Laym əlavə etmək, qaşıqla əzmək. Zəncəfili sürtgəcdən keçirmək, alınan zəncəfil şirəsini stəkana əlavə etmək. Qalan inqrediyentləri əlavə etmək, qarışdırmaq. Təzə ananas dilimi ilə bəzəmək.

zülal

yağ

karbohidratlar

kkal

79,3

0,9 qr

0,3 qr

16,7 qr

Təbiət tükənməz ilham, gözəllik və fayda mənbəyidir! Təravətləndirici, zərif və canlandırıcı «Giləmeyvə enerjisi» içkisi bunun gözəl sübutudur. Səhərinizi onunla başlayın və gün ərzində gözəl əhval-ruhiyyədən zövq alın! GİLƏMEYVƏ ENERJİSİ

Resept Aloe bitki içkisi — 15 ml Otlu içki — 1/2 çay q. Qaynar su — 300 ml Dondurulmuş giləmeyvələr — bir ovuc (50 qr)

Otlu içkini qaynar suda həll etmək. Dondurulmuş giləmeyvələri əlavə etmək, əzmək. Qalan inqrediyentləri əlavə etmək, soyutmaq.

zülal

yağ

karbohidratlar

kkal

33,2

0,8 qr

0,3 qr

5,8 qr

Herbalife Nutrition məhsullarından istifadə etməzdən əvvəl etiketdə olan məlumatları oxumağı məsləhət görürük. Yalnız etiketdə göstərilən qaydada hazırlandıqda, məhsul göstərilən qida dəyərini təmin edəcəkdir. Məhsulun hazırlanması etiketdə göstərilən metoddan fərqli olduqda, məhsulun xüsusiyyətləri dəyişə bilər. Əgər tibbi nəzarətdəsinizsə və ya xroniki bir xəstəliyiniz varsa, qidalanma rejiminizi dəyişməzdən və Herbalife Nutrition məhsullarından istifadəyə başlamazdan əvvəl, müalicə həkiminizlə məsləhətləşmək lazımdır. Göstərilən enerji dəyəri — təxminidir və hazırlanma üsulundan və inqrediyentlərin dəqiq çəkisindən asılı olaraq göstərilən dəyərdən fərqlənə bilər. Formula 1 Protein kokteylinin hesablanmasında əsas ölçü kimi 2 ölçü qaşığı = 26 qr götürülmüşdür.

Made with FlippingBook Publishing Software